NAMAZ VAXTLARI:
  • FƏCR 04:26
  • GÜN 05:55
  • ZÖHR 12:44
  • ŞAM 19:51
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Oxundu: 516
Nüvə sazişi ayaq üstə qalır – Avropa İranla razılaşıb

Nüvə sazişi ayaq üstə qalır – Avropa İranla razılaşıb

ABŞ nüvə sazişindən çıxdıqdan sonra İran nüvə sazişinin qalıb, qalmaması istiqamətində Rusiya, Çin və 3 Avropa ölkəsi ilə danışıqlara başladı. Bu danışıqlar ötən gün nəticə verib

İslaminSesi.info FarsNews-a istinadla xəbər verir ki, İranın XİN başçısı Məhəmməd Cavad Zərif ötən gün Aİ-nin Xarici Siyasət Məsələləri üzrə nümayəndəsi Federika Moqerini və 3 Avropa ölkəsinin XİN başçıları ilə görüşüb.

 

ABŞ-ın İranın Milli Bankı və sair müəssisələrinə sanksiya tətbiq etməsini qeyri qanuni hesab edən Cavad Zərif Avropa dövlətlərinin öhdəliklər verdiyini deyib və nüvə sazişinin gələcəyi hqda atılacaq addımlarla bağlı 3 Aİ ölkəsi ilə razılaşmanın əldə edildiyini bildirib.

 

C.Zərif bu razılaşmanı “yeni başlanğıc” adlandırıb.

 

F.Moqerini də öz növbəsində bildirib ki, İranla əldə edilən nüvə sazişinin qorunması üçün mütəxəssislər müstəvisində işlərin aparılması ilə bağlı razılaşma əldə edilib. O bildirib ki nüvə sazişi İranın neft ixracının və bank köçürmələrinin təmin edilməsi və sair addımlarla xilas ediləcək.

 

Bəzi İran ekspertləri F.Moqerinin ötən gün dilinə gətirdiyi “İran üçün iqtisadi və qanuni təzminatdan söhbət getmir, amma bizim niyyətlərimiz yaxşıdır” ifadəsini Aİ ölkələrinin ikiüzlülüyü əlaməti olduğunu bildiribər.

 

İslam İnqilabının Ali lideri Ayətullah Xamenei bir həftə öncə çıxışında 3 Avropa ölkəsinə də inanmadığını bildirmiş, danışıqların olacağı təqdirdə lazımi təzminatların əldə edilməsini tələb etmişdi.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system