Nursultan Nazarbayev: “Qazaxıstana Amerika demokratiyasının “papağını taxmaq” alınmayacaq”

Oxundu: 109
Nursultan Nazarbayev: “Qazaxıstana Amerika demokratiyasının “papağını taxmaq” alınmayacaq”

Qazaxıstanın birinci Prezidenti və “Nur Otan” partiyasının sədri Nursultan Nazarbayev əmindir ki, Qazaxıstana Amerika demokratiyasının “papağını taxmaq” mümkün olmayacaq.

İslaminSesi. “RİA Novosti” xəbər verir ki, N. Nazarbayev demokratiyanın inkişafı üçün zamanın lazım olduğunu bildirib.


“Bu il bizim 28 yaşımız olacaq. Gəlin yada salaq, biz kim olmuşuq, hansı sistemdə yaşamışıq? Bəs indi nə var? Yer və göy! Düzdür? Biz gənc dövlətik, gənc demokratiyayıq və bizə Amerika papağı taxmaq yaraşmaz. Bunun üçün zaman lazımdır”, - N. Nazarbayev “Nur Otan” partiyasının siyasi şurasının iclasında deyib.


Onun sözlərinə görə, orta təbəqəni inkişaf etdirmək zəruridir.
/Musavat.com/

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system