Nurəddin Şirin: "Ərdoğan Qasım Süleymaninin 15 İyulda Türkiyə üçün nə etdiyini yaxşı bilir" - VİDEO

Oxundu: 3961
Nurəddin Şirin:

“15 iyul çevriliş cəhdinin baş tutmaması üçün hər kəs əlindən gələni nə etdisə hamıdan daha çox iş görən şəxs məhz Qasım Süleymani idi. Türkiyədə Amerika və İsrailin layihələri həyata keçməsin deyə, vətənin müdafiəsi öncə kimə vacibdir, yəni İranın Kirmanlısınamı, Ankaralısınamı Konyalısınamı? Amma Kirmanlı Süleyman nə etdi; "Mənim sinəmi əzib keçmədikcə, Türkiyədə bu məqsədinizə çata bilməyəcəksiniz!"

İslaminSesi-nin verdiyi məlumata görə, ABŞ əməliyyatıyla Sepahın Qüds Qüvələri Komandiri Qasım Süleymaninin terror edilməsi ilə bağlı Türkiyədə "Milli Görüş"ün nəşr orqanı TV 5 kanalında yayımladığı "Buluşma Noktası" proqramına Qüds TV-nin Baş Redaktoru Nurəddin Şirini dəvət edib. Nürəddin Şirin deyib ki, Süleymaninin, 15 İyul çevrilişə cəhd hadisələrində Fetoçuların əleyhinə iş apararaq Türkiyəyə dəstək verən şəxslərdən biri olduğunu prezident Ərdoğan gözəl bilir. 

 

Nurəddin Sirin proqramda aşağıdakı ifadələrdən istifadə etmişdir: “15 İyul çevriliş cəhdinin baş tutmaması üçün hər kəs əlindən gələni nə etdisə hamıdan daha çox iş görən şəxs məhz Qasım Süleymani idi. Türkiyədə Amerika və İsrailin layihələri həyata keçməsin deyə, vətənin müdafiəsi öncə kimə vacibdir, yəni İranın Kirmanlısınamı, Ankaralısınamı Konyalısınamı? Amma Kirmanlı Süleyman nə etdi; "Mənim sinəmi əzib keçmədikcə, Türkiyədə bu məqsədinizə çata bilməyəcəksiniz!"


Bunlar İslam dünyasının üç aylığına, on illiyinə olan hadisələri deyil. Haqq ilə batil müharibəsində tarixinin dönüş nöqtəsidir. 15 iyul, bu mənada bizim üçün bir Yovmullahdır- (Allahın Günü), çevriliş cəhdinin dəf edildiyi və uğursuz olması üçün.


Deyirəm ki, ölkənin ən vətənpərvər əskərindən tutmuş müəlliminə kimi, 80 milyon insana sual edirəm: Türkiyənin qorunması üçün Amerika və sionist İsrail qarşısında, imperiya hücumları qarşısında sizin vətənpərvərliyiniz Qasım Süleymani qədər oldumu? Xeyr, xəyalına belə gətirə bilməzsən.


Nə dediyimi, sözlərimin kimlərə və haralara ünvanlandığını bilə-bilə söruşuram. Bu sözlərimin hansı orqanlarda qeydə alındığını bilərək deyirəm. Qasim Süleymani İran üçün bunu etdi, onu etdi demirəm. Türkiyə üçün etdiklərini deyirəm... Baxın, cənab Ərdoğan, etdiyi qiymətləndirmədə onun nə anlama gəldiyini özü izah elədi. Çünki bilir, tanıyır. Onun üstündə bir adam var, rəhbərdir. Əlbəttə ki, belə bir insanın öldürülməsi İranda nəticəsiz qalmayacaq."

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system