N.Pelosi: "Trampın müraciəti cənfəgiyatla dolu olduğu üçün cırdım"

Oxundu: 77
N.Pelosi:

ABŞ Nümayəndələr Palatasının spikeri ABŞ prezidentin Konqresdəki illik çıxışının mətnini cırmaq istəmədiyini bildirib, lakin onu oxuduqdan sonra nitqin cəfəngiyatdan ibarət olduğunu görüb, Trampın söylədiyi nitqin absurdluğuna diqqət çəkmək üçün onu açıq-aşkar şəkiləd cırıb.

Nensi Pelosi, CNN telekanalına verdiyi müsahibədə Respublikaçıların tənqidləri arasında, fevralın 4-də Trampın illik nitqini cırmaq jestini qəti şəkildə müdafiə edib. "Bu illik mərasim başlayanda bunu ümumiyyətlə etmək istəmirdim. Mühazirənin üçdə birini oxuduqdan sonra dəhşətli və absurd olduğunu düşündüm və demək olar ki, hər səhifədə xoşagəlməz və qəsdən yalanlar söylədiyini gördüm", - deyə Pelosi bildirib. Pelosinin Trampın illik çıxışı günü etdiyi hərəkətlər - nitqinin mətnini nümayişkaranə cırması Respublikaçıların və Trampın kəskin mənfi reaksiyasına səbəb olub. Pelosi CNN-ə verdiyi müsahibədə Münhen Təhlükəsizlik Konfransı zamanı xaricdə olarkən prezidenti tənqid etməmək adi ənənəsindən uzaqlaşdığını da qeyd etdi. "Mən şəxsən onun haqqında danışmıram. Mən sadəcə ölkəmizin vəziyyəti haqqında danışıram", - deyə qeyd edib.

/Deyerler/

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system