NAMAZ VAXTLARI:
  • FƏCR 06:33
  • GÜN 07:58
  • ZÖHR 12:52
  • ŞAM 18:05
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Novruz bayramı ərəfəsində əfv sərəncamı gözlənilir

Oxundu: 91
Novruz bayramı ərəfəsində əfv sərəncamı gözlənilir

Bu il Novruz bayramı ərəfəsində əfv sərəncamının imzalanacağı gözlənilir.

"İslaminSesi.info"  xəbər verir ki, Modern.az-a açıqlamasında Prezident yanında Əfv məsələləri komissiyasının üzvü Əliməmməd Nuriyev bildirib.

 

Ə.Nuriyev qeyd edib ki, ötən ilin may ayında Cümhuriyyətin 100 illiyilə bağlı Prezident tərəfindən imzalanan böyük əfv sərəncamı ilə 634 cəzadan azad edilib:

 

“O cümlədən onların arasında 609 nəfər azadlıqdan məhrumetmə cəzasının qalan hissədindən azad edilib. Həmin əfv sərəncamı miqyas etibarilə kiçik amnistiya da adlandırılır. Baxmayaraq ki, əfv və amnistiya tamamilə fərqli institutlardır”.

 

Hüquqşünas bildirib ki, əfv sərəncamları 2018-ci ilədək adətən Novruz bayramı ərəfəsində verilib:

 

“Bu səbəbdən də növbəti Novruz bayramı ərəfəsində əfv sərəncamının imzalanması gözlənilir. Əfv Komissiyasının katibliyi və əfv sektoru daimi işləyir, müətmadi olaraq müraciətləri qəbul edir. Həmçinin, müraciətlərlə bağlı qanunvericilikdə nəzərdə tutulmuş addımlar atılır. Bütün prosedurlar tamamlandıqdan sonra müvafiq arayışlar Əfv Komissiyasının sədri Ramiz Mehdiyevə təqdim olunacaq. Komissiyanın iclaslarının çağırılması cənab sədrə məxsusdur. Amma əfv sərəncamının verilməsi təbii olaraq, Prezidentin konstitusion səlahiyyətlərinə daxildir”.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system