NAMAZ VAXTLARI:
  • FƏCR 03:42
  • GÜN 05:24
  • ZÖHR 12:47
  • ŞAM 20:28
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

İSLAM

Oxundu: 4256
 Niyə seyidlərin adlarının əvvəlinə “mir” əlavə edilir?

Niyə seyidlərin adlarının əvvəlinə “mir” əlavə edilir?

Hazırda dünyada onmilyonlarla seyid yaşayır. Bunlardan bəzisi İmam Həsənin (a) nəslindəndir və “şərif” adlandırılır, digər qismi isə İmam Hüseynin (a) və onun (ə) məsum övladlarının nəslindəndir və “seyid” adlandırılırlar

 İslaminSesi.info - Yəni onlara adlarını çəkməzdən əvvəl nəsəblərinə ehtiram əlaməti kimi “Şərif” və ya “Seyid” - deyə müraciət olunur. Lakin bəzi ölkələrdə, məsələn, Hindistan, Pakistan, Türkiyə, o cümlədən bizim Azərbaycanda yaşayan bir çox seyidlərin adlarına “Mir” prefiksi əlavə olunur. Məsələn, Mirəli, Mircavad və s. Bunun kökü haradan gəlir?


Məlum olur ki, “mir” ərəb dilindəki “əmir” sözündən götürülüb və mənası “başçı”, “rəhbər”, “əmr sahibi” və s. deməkdir. “Əmir” titulu Peyğəmbər (s) nəslinin nümayəndələrinin adlarına 11-13-cü əsrlərdən etibarən əlavə edilməyə başlayıb. Bu yolla bu mübarək nəsildən olmayanlar seyidlərə öz ehtiramlarını bildirmək istəyirdilər.

Sonradan söz ixtisarlanaraq, “mir” halını aldı və birbaşa adın əvvəlinə artırılmağa başladı. Məsələn, Seyyid Mirəbulfəth Gürgani (əllamə) və ya Seyyid Mirəli ibn Şəhab Həmədani (zamanın məşhur arifi) və s.

Səfəvi dönəmində isə xüsusilə hörmətli seyidlərə hətta “Mir Miran”, yəni “əmirlərin əmiri” deyə müraciət olunurdu.

Peyğəmbərin (s) mübarək nəslinə sevgi və ehtiram dünyanın dord bir yerində bu gün də yaşamaqdadır. Allah cəmi seyidlərə bu nəcib irsi layiqincə daşımağı nəsib eləsin, inşəallah!

(Mənbə: “Titles of Sayyeds” // Al- Sayyid Sadiq Al- Hossaini Al- Eshkevari) /deyerler.org/

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İSLAM XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system