NAMAZ VAXTLARI:
  • FƏCR 05:36
  • GÜN 06:56
  • ZÖHR 12:25
  • ŞAM 18:11
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Nikaraquada etirazlar nəticəsində ölən və yaralananlar var

Oxundu: 105
Nikaraquada etirazlar nəticəsində ölən və yaralananlar var

Etirazlarda bir gənc həyatını itirib, 5 nəfər yaralanıb.

 

İslaminSesi “Haber Türk” ə istinadən xəbər verir ki, Nikaraquada aprel ayında başlayan və avqustda başa çatan  hökumət əleyhinə etirazlar yenidən alovlanıb.

 

Hökumət qüvvələri ilə etirazçılar arasında baş verən toqquşmalarda 1 nəfər həyatını itirib.

 

Paytaxt Qvatemalada  ölkədə həyata keçirilən sosial müdafiə islahatlarına qarşı  keçirilən etirazlar nəticəsində 448 nəfər həlak olmuşdu.

 

Hələ o vaxt etirazçılar prezident Daniel Orteqanın istefasını tələb edirdilər.

 

Hökumət qüvvələri və etirazçılar (müxaliflər) sonda Katolik kilsəsinin səyi nəticəsində bir araya gələrək görüş keçirmiş və silahdan imtina etmişdilər.

 

Lakin görünən odur ki, bir neçə ay sonra etirazçılar yenidən prezidentin istefa tələbi ilə meydanlara axışıblar.

 

 Hökumət rəsmiləri və müxalif qruplar, ən son 16 İyunda Katolik Kilsəsinin ara buluculuğunda paytaxt Managuada görüşmüşdü.

 

 Görüşdən sonra keçirilən birgə açıqlamada, şiddət hadisələrinin dərhal dayandırılması dəvət edilmişdi.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system