NAMAZ VAXTLARI:
  • FƏCR 05:06
  • GÜN 06:26
  • ZÖHR 12:34
  • ŞAM 18:57
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Nigeriya şiələrinin lideri Hindistandan qayıtdıqdan sonra yenidən həbs edilib

Oxundu: 124
Nigeriya şiələrinin lideri Hindistandan qayıtdıqdan sonra yenidən həbs edilib

"Nigeriya İslam Hərəkatı"nın lideri Şeyx İbrahim Zəkzaki müailcə məqsədilə ölkəni tərk edərək, Hindistana yollansa da burada müalicəsi ilə bağlı üzləşdiyi problemlərdən sonra Nigeriyaya dönüb. O Nigeriyaya döndükdən sonra yenidən həbs edilib.

 

 "İslaminSesi" əl-Mənar telekanalına istinadla xəbər verir ki, Şeyx İbrahim Zəkzaki ötən gün Nigeriya paytaxtı Abucaya qayıdıb. Nigeriya Polisi yenidən onu həbsxanaya aparıb.

Qeyd edək ki, Nigeriya İslam Hərəkatı"nın lideri müalicə üçün Hindistana yollandıqdan sonra bu ölkədə müalicəsilə bağlı bir sıra süni maneələrlə üzləşdiyini bildirib və yenidən Nigeriyaya dönəcəyini və müalicəsi üçün Türkiyə, İndoneziya, Malaziya kimi ölkələrə üz tutacağını bəyan etmişdi.

Qeyd edək ki, Zəkzaki 2015-ci ildə polisin hücumu nəticəsində bir gözünü itirib. Onun ikinci gözü də görmə qabiliyyətini itirmək üzrədir.

Şeyx İbrahim Zəkzaki 2014-cü ildə Zaria şəhərində polisin aksiyalçılara atəş açması nəticəsində 3 oğlunu itirib. Şeyxin özü isə 2015-ci ilin dekabrında Məhəmməd Peyğəmbərin mövludu ilə bağlı keçirilən tədbirə hücum zamanı yaralanıb və həbs edilib. Nigeriya təhlükəszilik qüvvələrinin həmin hücumunda azı 300 mülki şəxs həlak olub. SalamNews 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system