Nigeriya məhkəmə rəsmisi Şeyx Zəkzakiyə olan münasibətə etiraz etdi

Oxundu: 83
Nigeriya məhkəmə rəsmisi Şeyx Zəkzakiyə olan münasibətə etiraz etdi

Nigeriya məhkəmə rəsmisi İslami Hərəkatın lideri Şeyx Zəkzakiyə olan qeyri-qanuni münasibətə etiraz etdi.

 

İslaminSesi alkawthartv-yə istinadən xəbər verir ki, Nigeriya Ali Məhkəməsinin hakimi məhkəmə qararına baxmayaraq hökümətin Şeyx Zəkzakiyə qarşı qanunsuz rəftarına, onun müalicəsinə maneə yaratmasına etiraz edib.

 

Məhkəmə iclası zamanı çıxış edən Nigeriya məhkəməsinin hakimi, həbsxana rəhbərliyinin Şeyxin yaxınları və vəkilləri ilə görüşməsinə qadağa qoyduğunu, hətta ona yaxınlaşmasına icazə verilmədiyini bildirərək bunu qanunsuz adlandırıb.

 

Qeyd edək ki, Nigeriya məhkəməsinin Şeyxin sərbəst buraxılması barədə qərar çıxarmasına baxmayaraq bunun icrasına maneə yaradılır. Hətta Şeyxin müalicəsinə belə icazə verilmir.

 

Xatırladaq ki, Nigeriya höküməti 2015-ci ildə paytaxt Abucada şiələrin əzadarlıq məclisinə silahlı basqın edərək 1000-ə yaxın insanı şəhid edib. İslami Hərakatın lideri Şeyx Zəkzakini isə yaralayaraq həbs edib. Hələ də onun bədənində 2 güllə qaldığı bildirilir. Ötən ilin avqust ayında Nigeriya məhkəməsi Şeyxin Hindistanda müalicə almasına icazə verdi, hətta Hidistana göndərildi də. Lakin Hindistan öncə razılaşmasına baxmayaraq Nigeriya hakimiyyətinin və bəzi güclərin təhdidi ilə Şeyxin müalicəsindən imtina edərək onu geri qaytardı.

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system