Nigeriya İslam Hərəkatının lideri Şeyx Zəkzakinin səhhəti pisləşib

Oxundu: 146
Nigeriya İslam Hərəkatının lideri Şeyx Zəkzakinin səhhəti pisləşib

Nigeriya İslam Hərəkatının ofisinin yaydığı məlumata görə Şeyx İbrahim Zəkzakinin səhhəti ağırlaşıb.

 

İslaminSesi xəbər verir ki, mətbuata bu barədə Şeyxin yaxınları xəbər verib.

 

Onların bildirdiyinə görə Nigeriya rejimi Şeyxin bədənində olan güllələrin çıxarılmasına icazə vermir.

 

Qeyd edək ki, Nigeriya höküməti 2015-ci ildə paytaxt Abucada şiələrin əzadarlıq məclisinə silahlı basqın edərək 1000-ə yaxın insanı şəhid edib. İslami Hərakatın lideri Şeyx Zəkzakini isə yaralayaraq həbs edib. Ötən ilin avqust ayında Nigeriya məhkəməsi Şeyxin Hindistanda müalicə almasına icazə verdi, hətta Hidistana göndərildi də. Lakin Hindistan öncə razılaşmasına baxmayaraq Nigeriya hakimiyyətinin və bəzi güclərin təhdidi ilə Şeyxin müalicəsindən imtina edərək onu geri qaytardı.

 

Hazırda Şeyx Zəkzakinin başında və ayağında olan güllələr çıxarılmayıb, o həmçinin sol gözünü də itirib. 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system