Netanyahu:“Biz Misir və İordaniyanı istila olmaqdan qoruduq!” – Kimdən?

Oxundu: 139
Netanyahu:“Biz Misir və İordaniyanı istila olmaqdan qoruduq!” – Kimdən?

İsrail baş naziri Benyamin Netanyahu ölkəsinin, Misir və İordaniyaya ərazilərinin ələ keçirilməsinin qarşısını almağda kömək etdiyini deyib.

 

İslaminSesi arabic.sputniknews-a istinadən xəbər verir ki, Netanyahu bu barədə İordaniya ilə sülh müqaviləsinin imzalanmasının 25-ci ildönümü ilə əlaqədar İsrail parlamentində təşkil edilmiş bir konfransda danışıb.

 

Həmçinin bu barədə Netanyahuya aid Tvitter səhifəsi də paylaşım edib.

“İordaniya bizə ən uzun sərhədi olan  və Aralıq dənizindən ən yaxın məsafədə yerləşən bir ölkədir" deyən Netanyahu, bu ölkə ilə sülhə açıq şəkildə maraq göstərdiklərini qeyd edib.

 

 

 

“İordaniya və Misirdəki sabitliyin əhəmiyyəti, sülhün qorunması və bu ölkələrdə radikal İslamın bu ölkələri ələ keçirməməsi onlar üçün də, bizim üçün də açıq aşkar bir maraqdır” deyən Netanyahu, “Bizə  hücum etməyin mənası yoxdur, bu belədir, biz o qədər güclüyük ki, bu iki ölkənin ələ keçirilməsinin qarşısını belə ala bilərik” deyə İsrailin Misir və İordaniyanı istilalardan qoruya biləcəyini vurğulayıb.

 

 

İsrail baş naziri qonşu ölkələr arasında əlaqələrdər danışaraq ölkəsinin nə vaxtsa İordaniya və Misiri işğal olmaqdan qoruduğunu da qeyd edib, lakin təffərrüatı açıqlamayacağını bildirib:

“Biz qonşu torpaqlarda yaşayırıq. Özümüzü müxtəlif cəhətli istilalardan qorumaq iqtidarımız vardir. Onların (Misir, İordaniya) torpaqlarının istila edilməsinin qarşısını (necə) almağımızı təfərrüatı ilə deməyəcəm.”

 

 

 

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system