Netanyahu İordaniyanı işğal edəcəyinə söz verdi

Oxundu: 537
Netanyahu İordaniyanı işğal edəcəyinə söz verdi

Ekspert: "Netanyahu İraqdakı ABŞ bazaları ilə bağlı məlum hadisələr zamanı İranın ballistik raketlərinin İsrail şəhərlərini məhv edə biləcəyindən qorxaraq açıqca ağlayırdı, amma təhlükə sovuşandan sonra..."

İsrail açıq şəkildə İordaniyanın işğal edəcəyini bildirib.

 

İslaminSesi-nin məlumatına görə, xarici avia-pro nəşri "The Jerusalem Post"-a istinadən xəbər verir ki, bir neçə saat əvvəl İsrailin Baş naziri Benyamin Netanyahu, "Nasistlər tərəfindən öldürülən milyonlarla yəhudi" haqqında danışarkən, gözlənilmədən açıq şəkildə Təl-Əvivin qonşu dövlətlərin ərazisini işğal etmək niyyətində olduğunu açıqlayıb.


Netanyahu, Suriya və Fələstində olduğu kimi, digər qonşu dövlətlərə qarşı da təcavüzkar niyyətlərini açıq nümayiş etdirərək, xarici bir ölkənin ərazisini işğal edəcəyini dilə gətirməkdən çəkinməyib.


Ekspertlər hesab edirlər ki, Netanyahunun belə düşünülməmiş açıqlamaları bütün Yaxın Şərqin İsrailə qarşı silahlı mübarizəyə qalxa biləcəyini göstərir.


"Bir neçə həftə əvvəl, Netanyahu, İraqdakı ABŞ bazaları ilə bağlı məlum hadisələr zamanı İranın ballistik raketlərinin İsrail şəhərlərini məhv edə biləcəyindən qorxaraq açıqca ağladı. Ancaq münaqişə bitdikdən sonra, Təl-Əviv təkcə Fələstinə deyil, həm də İordaniyanın özünə qarşı da yumruğunu göstərməyə başladı" - deyə ekspertlər qeyd edib.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system