Netanyahu İordan vadisinin ilhaqına başlamağı göstəriş verdi

Oxundu: 169
Netanyahu İordan vadisinin ilhaqına başlamağı göstəriş verdi

İsrail baş naziri Benyamin Netanyahu İordan vadisinin lihaqına başlamağı ərm etdi.

 

İslaminSesi xarici KIV-lərə istinadən bildirir ki, bu barədə İsrail mediası məlumat yayıb. Mənbənin məlumatına görə Netanyahu, İordan vadisinin “İsrail”ə birləşdirilməsi barədə qəbul edilmiş qanunun icrasına başlamaq barədə göstəriş verib.

 

Həmçinin Yerusəlim Post-un xəbərinə görə, Knessetin Likud üzvü olan Sharin Haskell də, baş nazirin bu qanunu yekdilliklə dəstəklədiyini bildirib.

 

Haskell qanun layihəsinin 6 həftəlik gözləmə müddətinin ləğv edilməsi barədə etdiyi təklifdən də danışaqaq “Ağ-Mavi”, “İsrail evimiz” və digər partiyaların da bu qanunu dəstəkləmə çağırdığını bildirib.

 

Həmçinin qeyd edək ki, İsrailin Baş naziri Benyamin Netanyahu, rəsmi Tvitter hesabında "ABŞ rəhbərliyinin dünən verdiyi tarixi qərar, İsrailin şərq sərhədini təyin etmək və İordaniya Vadisini ilhaq etmək üçün unikal bir fürsət verir" başılqlı yazı paylaşım edib.

(maannews, nesannews, Alalam, arabic.rt)

 

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system