Netanyahu İnsan Haqları Komissiyası ilə münasibətləri dondurur: “Əhəmiyyətsizdir...”

Oxundu: 130
Netanyahu İnsan Haqları Komissiyası ilə münasibətləri dondurur: “Əhəmiyyətsizdir...”

İsrail Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığı ilə diplomatik əlaqələri dondurmaq qərarına gəlib.

 

İslaminSesi Alalam-ə istinadən xəbər verir ki, bu barədə İsrailin "Yediot Aharonot" saytı məlumat yayıb.

 

Mənbənin xəbərinə görə Baş nazir Benyamin Netanyahu, Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığını "qərəzli və təsirsiz bir orqan"  hesab etdiyi üçün, bu Təşkilat ilə diplomatik əlaqələri dondurmaq göstərişi verib.

 

Netanyahunun “Bizimlə kim əlaqəsini kəsərsə, onunla əlaqələr kəsilər” deyə bildirdiyi qeyd olunur.

 

“Ötən il, ABŞ-ın bütün ştatlarında İsraili boykot etməyə çalışanlara qarşı sərt tədbirlərin görülməsini tələb edən qanunların hazırlanması üçün çalışdıq” deyən Netanyahu, “bu qurum əhəmiyyətsizdir, insan hüquqları ilə məşğul olmaq əvəzinə daima İsraili ləkələməyə çalışır” deyə İnsan Hüquqları üzrə Ali Komissarlığı əhəmiyyətsiz adlandırıb.

 

 “Əgər bu kimi cəhdlərə qarşı çıxmasaydım, daha sərt cəzalara məruz qalacaqdıq” deyən Netanyahu, Təşkilatın İsrailə qarşı münasibətlərini iyrənclik adlandırıb və var gücü ilə buna qarşı olacağını bildirib.

 

ABŞ-ın İordan Vadisi, Ölü Dəniz bölgəsi və Qərbi Şəriyəni İsrail ərazisi kimi tanıdığını xatırladan Netanyahu, ABŞ-ın BMT-dən daha üstün olduğunu deyib: “ABŞ Birləşmiş Millətlər Təşkilatından daha əhəmiyyətlidir.”

 

Mənbənin bildirdiyinə görə Təşkilatın işğal olunmuş Fələstin ərazisində fəaliyyət göstərən bəzi şirkətləri “qara siyahı”ya daxil etməsi Netanyahunu bu addımı atmağa vadar edib. Digər tərəfdən Fələstin-İsrail münasibətlərinin tənzimlənməsi ilə bağlı Trampın layihəsi olan, əslində isə bütün ruhu ilə İsrailin maraqlarına xidmət edən "Əsrin sazişi"nin BMT tərəfindən qəbul edilməməsinin də Netanyahunu qəzəbləndirən amillər sırasında olduğu bildirilir.

 

 

 

 

 

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system