Netanyahu “Erməni soyqırımı”nı tanıdı – Video

Oxundu: 6788
Netanyahu “Erməni soyqırımı”nı tanıdı – Video

İsrail baş naziri Benyamin Netanyahu türkləri erməniləri soyqırım etməkdə günahlandırıb.

 

İslaminSesi.info xəbər verir ki, Netanyahu öz Tvitter hesabında Türkiyə prezidenti R.T.Ərdoğana cavab verib. O, Türkiyəni erməniləri soyqırım etməkdə suçlayıb.

 

Ərdoğanı yalançı adlandıran Netanyahu fikirlərini belə ifadə edib:

“İsrail haqqında yalan danışmaqdan çəkinməyən birisi, ölkəsində kürdləri qıran, erməni xalqına qarşı törədilmiş dəhşətli qırğını inkar edir birisi, sən İsrailə nəsihət etmə! Ərdoğan yetər (bu qədər) yalan!”

 

Xatırladaq ki, BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 74-cü çağırışında çıxış edən Türkiyə prezidenti R.T.Ərdoğan Qəzzada baş verənləri Holokostla müqayisə edərək İsrailin fələstin xalqına etdiyi zülmləri, 1948-ci ildən indiyi kimi işğal etdiyi əraziləri qeyd edərək İsraili işğal və zülmlərə son verməyə səsləmişdi.

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system