NAMAZ VAXTLARI:
  • FƏCR 03:44
  • GÜN 05:22
  • ZÖHR 12:37
  • ŞAM 20:11
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Netanyahu Ərdoğanı diktator adlandırdı – Yeni qalmaqal...

Oxundu: 481
Netanyahu Ərdoğanı diktator adlandırdı – Yeni qalmaqal...

İsrail ilə Türkiyə arasında yeni qalmaqal...

 

“İslaminSesi” xəbər verir ki, İsrail baş naziri Benyamin Netanyahu, Türkiyə prezidenti R.T.Ərdoğanı diktator adlandırıb.

 

Haber7-nin məlumatına görə bu barədə Netanyahu şəxsi "Facebook" səhifəsində yazıb. O bildirib:

"Bu, necə bir komediyadır? Jurnalistlər və hakimlər Türkiyədə həbsxanaları doldurduğu halda, Türkiyənin diktatoru Ərdoğan İsrail demokratiyasına söz atır. İsraildə kimsə ikinci sinif vətəndaş deyil. İsrail bütün israillilərin demokratiyasıdır. Hər kəs bərabər hüquqlara malikdir. Ancaq İsrail yeganə və tək yəhudi dövlətidir...".



Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın Netanyahunun bu yazısına sərt reaksiya göstərib və onu irqçilikdə, uşaq qatili olmaqda və qəsbkarlıqda ittiham edib:

"Netanyahu ərəblər və müsəlmanlar haqqında irqçi bəyanatlar verdikdən sonra özünü ifşa etdiyi üçün prezident Ərdoğana hücum edir. Onun idarə etdiyi aparteid dövləti Fələstin torpaqlarını işğal edir, qadınları və uşaqları öldürür, fələstinliləri öz torpaqlarında məhkum edir. Yalanlar və təzyiq günahlarınızı gizlədə bilməyəcək".

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system