“Netanyahu dəfələrlə Trampı aldatmağı bacarıb” – Tillerson İsrail yalanlarından danışdı

Oxundu: 253
“Netanyahu dəfələrlə Trampı aldatmağı bacarıb” – Tillerson İsrail yalanlarından danışdı

ABŞ-ın keçmiş dövlət katibi Reks Tillerson, İsrailin baş naziri Benyamin Netanyahunun ABŞ prezidenti Donald Trampı dəfələrlə aldatdığını deyib.

 

İslaminSesi.info france 24-ə istinadən bildirir ki, Tillerson bunu Harvard Universitetinin tələbələrinə mühazirə oxuyarkən deyib.

 

Tillerson Trampı “sadəlövh” adlandıraraq Benyamin Netanyahunun "yalan" məlumatlarına etibar etməkdə günahlandırıb.

 

Tillerson, İsrail hökümətinin istəklərinə nail olmaq üçün Vaşinqtonu "yalan məlumat" ilə doldurmaqdan çəkinmədiyini, israillilərin “biz düzgün adamlarıq, onlar pisdirlər” deməsini və dəfələrlə Trampı bu kimi İsrail yalanlarından xəbərdar etdiklərini deyib.

 

"Bu qədər yaxın bir müttəfiqin olması məni narahat edir” deyən Tillerson, İsrail və ABŞ-ın həddən artıq yaxınlığını qınayıb.  

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system