Netanyahu Avropa ölkələrini ABŞ-ın İrana qarşı sanksiyalarına qoşulmağa çağırıb

Oxundu: 49
Netanyahu Avropa ölkələrini ABŞ-ın İrana qarşı sanksiyalarına qoşulmağa çağırıb

İsrailin Baş naziri Benyamin Netanyahu Avropa ölkələrini İrana təzyiqləri artırmağa və ABŞ-ın Tehrana qarşı sanksiyalarına qoşulmağa çağırıb.

 

TASS-ın verdiyi xəbərə görə bu barədə İsrail Baş Nazirinin Katibliyi məlumat yayıb.

 

"Avropa ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyalardan yayınmağa çalışır. Kursu dəyişdirməyin vaxtı gəldi. İrana təzyiqləri azaltmaq deyil, artırmaq lazımdır. ABŞ-a qoşulmaq və İrana qarşı sanksiyaları sərtləşdirməyin vaxtı gəldi" – məlumatda bildirilir. 

 

Netanyahu qeyd edib ki, İran nüvə silahı istehsalı üçün uranı zənginləşdirməyə tələsərkən, Avropa ölkələri bu ölkəni güzəştlərlə sakitləşdirməyə çalışır/apa.az

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system