NAMAZ VAXTLARI:
  • FƏCR 03:42
  • GÜN 05:21
  • ZÖHR 12:37
  • ŞAM 20:13
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Nərmin Şahmarzadənin məhkəməsində dava düşdü - YENİLƏNİB + VİDEO

Oxundu: 1989
Nərmin Şahmarzadənin məhkəməsində dava düşdü - YENİLƏNİB + VİDEO

22 yanvar 2019-cu il tarixində Xətai Rayon Məhkəməsində psixoloq Nərmin Şahmarzadə ilə idmançı Araz Musayevin məhkəməsi baş tutub.

 

Xəbər verdiyimiz kimi, bu gün Qarabağ döyüşlərində şəhid olmuş Milli qəhrəmanımız Mübariz İbrahimovu təhqir etdiyinə görə məhkəməyə verilən Nərmin Şahmarzadənin məhkəmə prosesi olub. 

 

"İslaminSesi" - Məhkəmə iclası insidentsiz ötüşməyib. 

 

İclasda iştirak edən Qarabağ qaziləri məhkəməyə etiraz ediblər. 

 

Onlar Nərminə cəza verilməsini tələb edərək, onun “mən erməniləri özümə düşmən bilmirəm” deməyinə narazılıqlarını bildiriblər.

 

 

 

**************************************************************************************************************

 

"İslaminSesi.info"  oxu24.com-a istinadən xəbər verir ki, idmançının vəkili Ramil Rüstəmov məhkəmədən Nərmin Şahmarzadəni 147-ci maddə ilə məsuliyyətə cəlb olunmasını xahiş edib.

 

Vəkil məhkəmədən Şahmarzadəni 3 il müddətinə azadlıqdan məhrum edilməsi istəyib. Digər tələb isə onun Azərbaycan xalqından üzr istəməsi ilə bağlı olub.

 

Məhkəmə müşavirədən sonra qərar verib. Hakim Bəxtiyar Məmmədov iddianı təmin etməyib və işə xitam verib.

 

Qeyd edək ki, idmançı psixoloq Nərmin Şahmarzədəni Milli Qəhrəman Mübariz İbrahimov haqda səsləndirdiyi fikirlərə görə məhkəməyə verib.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system