Nərə balığı ehtiyatı təhlükə altında - Xəzərdə 10 dəfə azalıb

Oxundu: 59
Nərə balığı ehtiyatı təhlükə altında - Xəzərdə 10 dəfə azalıb

Son illərdə Xəzər dənizində nərə balığı ehtiyatı sürətlə azalır. Artıq nərə cinsli balıqların dənizdə, Kür çayında təbii mühitdə kommersiya ovuna da qadağa qoyulub. Belə ki, nərə cinsli balıqların ehtiyatı son 15 ildə kəskin azaldığı üçün Xəzəryanı ölkələr 2011-ci ildən başlayaraq nərə cinsli balıqların ovlanması ilə bağlı monitorinq tətbiq edirlər.

 

Maraqlıdır, balıq ehtiyatının tükənməsinin qrşısının alınması üçün hansı tədbirlər görülür? Ümumiyyətlə, bu cinsdən olan balıqların tükənməsinin əsas səbəbi nədir?

 

İslaminSesi bildirir ki, məsələ ilə bağlı Modern.az-a danışan Ekologiya və Təbii Sərvətlər Nazirliyi Elmi Tədqiqat Balıqçılıq Təsərrüfatı İnstitutunun direktoru Mehman Axundov bildirib ki, nərə balığının tükənməsinin bir neçə səbəbi var:

 

“Təkcə Azərbaycan ərazisində yox, Xəzəryanı ölkələrin hər birində nərəcinsli balıqların ehtiyatı 80-ci illərlə müqayisədə hardasa 30 dəfə, 2005-2006-cı illərlə müqayisədə isə bu balıqlar dənizdə 10 dəfə azalıb. Sizə deyim ki, nərə balıqları transmiqrant balıqlardır, yəni bu balıqlar mövsümdən asılı olaraq miqrasiya edir. Ümumiyyətlə, balıq ehtiyatının tükənməsi həm antropogen təsirlə bağlıdır, həm də Xəzər dənizində ekosistemin ciddi dəyişliklərə məruz qalması ilə bağlıdır. İlk növbədə isə brokonyerlik nərə balığı ehtiyatının aşağı düşməsinə səbəb olub. Eyni zamanda, nərə balıqları kilkə ilə də qidalanır. 2002-2003-cü ildə kilkələrin də kəskin azalması da onlarla qidalana nərə və digər balıqlarının ehtiyatının azalmasına səbəb olub”.

 

M.Axundovun sözlərinə görə, nərə balığı ehtiyatının çoxaldılması üçün xüsusi zavodlar fəaliyyət göstərir:

 

“Təkcə Azərbaycanda yox, İranda, Qazaxıstanda, Rusiyada balıqartırma zavodları fəaliyyət göstərir. Həmin zavodların fəaliyyəti nəticəsində biz Xəzər dənizinə körpə nərə balıqları buraxırıq. Bu tədbirlər keçirilməsə ümumiyyətlə Xəzər dənizində nərə balığı görməzdik. Kür çayında Mingəçevir Su Elektrik Stansiyası tikildikdən sonra nərə balıqları kürü tökə bilmirlər. Təbi kürülər də olmayanda biz də məcbur qalaraq süni balıqartırmadan istifadə edirik. Azərbaycanda hazırda 4, Rusiyada 10, İranda 5, Qazaxıstanda 2 balıqartırma zavodu fəaliyyət göstərir.  Lakin brokonyerlərin sayı azalmasa, nərə balığı ehtiyatı təhlükə altında qalacaq. Körpə balıqları ovlamaq mənasızdır, heç onların dadı da yoxdur. Brokonyerlər üçün cərimə kifayət qədər yüksəkdir, lakin yenə də düşünürəm ki, məbləği daha da artırmaq lazımdır. Xəzəryanı ölkələrdə cərimələr əvvəlki illərə nisbətdə 10 dəfə çoxaldılıb, bizdə də belə olsa yaxşı olar”.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system