NAMAZ VAXTLARI:
  • FƏCR 04:30
  • GÜN 05:58
  • ZÖHR 12:44
  • ŞAM 19:47
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

“Nəhayət ki, 50 illik səylərimiz nəticə verdi” – Netanyahu

Oxundu: 452
“Nəhayət ki, 50 illik səylərimiz nəticə verdi” – Netanyahu

Benyamin Netanyahu 50 illik “zəhmətlərinin” nəticəsinin gördüyünü deyib.

 

“İslaminSesi” Arabic.rt-yə istinadən xəbər verir ki, İsrail baş naziri bu sözləri Amerikada, ölkəsinə dönmədən öncə deyib.

 

Trampın Colan Təpələri barədə imzaladığı sənədə münasibət bildirən Netanyahu, bunu 50 illik səylərinin nəticəsi adlandırıb və buna haqları olduğunu bildirib.

 

 Bu səfərini tarixi bir səfər adlandıran Netanyahu əlavə edərək deyib: “Mən tarixi səfərimdən geri dönürəm. Prezident Trampın Colan Təpələri üzərində suverenliyimizi tanınması elə bir işdir ki, gələcək nəsillər tərəfindən daim xatırlanacaqdır."

 

Həmçinin o bildirib ki, Colan Təpələri bizim tarixi haqqımızdır, bizə qayıtdı, Tramp da bunu etiraf etdi.

 

Xatırladaq ki, İsrail 1967-ci ildə Suriyaya aid olan əraziləri (Colan təpələrini) işğal etmiş və 1981-ci ildə bu əraziləri İsrail torpaqları hesab edən qanun qəbul etmşdir. Bir gün öncə, martın 25-də isə Donal Tram bu ərazilərin İsrailə aid olduğunu təsdiq edən sənəd imzalamışdı.

 

 

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system