"Neftin qiyməti 40 dollara qədər ucuzlaşa bilər" - Qubad İbadoğu

Oxundu: 104

"Dünya enerji bazarında iyul ayından ötən dövrdə xam neftin qiymətlərində həftəlik çərçivədə ən böyük eniş oktyabrın birinci həftəsi qeydə alınıb".

İslaminSesi xəbər verir ki, bunu iqtisadçı-ekspert Qubad İbadoğlu deyib.


Ekspertin sözlərinə görə, ötən cümə günü Brend markalı neftin qiymətində 1,1 faizlik bahalaşma qeydə alınmasına baxmayaraq, həftə ərzində ucuzlaşma orta hesabla 5,7 faiz təşkil edib:

 

"Azərbaycan neftinin satış qiymətinə uyğun gələn Brent markalı neftin hər barreli London birjasında son dəfə 58,11 dollar olub. Bu qiymət 2019-cu ilin büdcəsi üçün nəzərdə tutulan 60 dollardan aşağıdır. Əgər dünya bazarında neft qiymətlərinin ucuzlaşması davamlı olarsa, o halda Azərbaycan Neft Fondunun büdcəsinə gözlənilən qədər vəsait daxil olmayacaq".


Q.İbadoğlu hesab edir ki, neftin qiymətlərinin ucuzlaşmasına təsir göstərən başlıca amillərdən biri ABŞ-Çin ticarət müharibəsinə görə, dünyanın aparıcı ölkələrində məcmu tələbin azalmasıdır:

 

"Yeri gəlmişkən, Avropa Birliyinin Aerobus təyyarəsinin istehsalını subsidiyalaşdırmasına cavab olaraq ABŞ oktyabrın 18-dən Atlantik okeanı üzərindən gələn 7,5 milyard dollarlıq məhsulun, o sıradan Fransız pendirinin və şərabının, Şotlandıya viskisi və sair məhsulların idxalına da tarifləri qaldırır".


İqtisadçının fikrincə, ABŞ-ın Çin və Avropa Birliyinin idxal məhsullarına qarşı irəli sürdüyü yeni tarif siyasəti daxili bazarda bahalaşan qiymətlərə görə tələbin azalmasını şərtləndirir və bu da neftin dünya bazar qiymətlərinə də təsirsiz ötüşmür:

 

"Odur ki, 2019-cu ildən xam neftə olan tələbatın artım sürətinin azalması, Səudiyyə Ərəbistanı və İran asasında gərginliyin səngiməsi 2020-ci ildə neftin dünya bazar qiymətinin 40 dollara qədər ucuzlaşmasını şərtləndirə bilər. Bu isə heç şübhəsiz ki, xarici şoklardan asılı vəziyyətdə proqnozlaşdırılan Azərbaycan büdcəsində böhranının yaranmasına gətirib çıxaracaq".

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İQTİSADİYYAT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system