NAMAZ VAXTLARI:
  • FƏCR 03:34
  • GÜN 05:16
  • ZÖHR 12:38
  • ŞAM 20:20
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

ÖLKƏ

Oxundu: 236
Neft bahalaşsa manat da bahalaşacaqmı?

Neft bahalaşsa manat da bahalaşacaqmı?

"İslaminSesi.info" xəbər verir ki, "Yeni Müsavat" qəzetində "Neft kəksin bahalaşacaq iddiasına reaksiyalar" sərlövhəli məqalə oxumaq olar.


Müəllif neftin qiymətində kəskin bahalaşma ehtimalı və bunun Azərbaycana təsiri gözləntilərini ekspert Natiq Cəfərli ilə müzakirə müstəvisinə çıxarır.
 
Müəllif deyir ki, "Bank of America Merrill Lynch" investisiya bankı və s. banklar 2019-cu ildə neftin qiymətinin 100 dollar səviyyəsinə qalxacağı barədə proqnozlar verib və ekspert bu məsələyə münasibətini bildirib.
 
Ekspert N.Cəfərli hesab edir ki, neftin qiyməti ətrafında bir-birinə zidd məlumatlar dolaşır: "Bu məlumatların hamısı da siyasi gərginliklərlə bağlıdır.
 
Yəni, iqtisadi təməli olmayan qiymət artımından söhbət gedir. Çünki fundamental səbəblər neft üzərində tələb-təklif və bir də hasilatın həcmidir".
 
N.Cəfərli deyir ki, bu iqtisadi amillər əsas götürülsə neftin qiyməti enməli idi, çünki hasilat kəskin artır, istehlakla bağlı rəqəmlər gözləntilərdən aşağıdır və bu parametrlərə görə neftin qiyməti 50 dollardan yuxarı olmamalı idi.
 
N.Cəfərli hesab edir ki, İran-İsrail, ABŞ-İran, Səudiyyə Ərəbistanı-Yəmən siyasi-hərbi gərginlikləri, geniş müharibə ehtimalı qiymətlərə təsir edə bilər.
 
Ekspert deyir ki, Amerikanın bəzi bankları neftin qiymətinin artacağını desələr də bir sıra beynəlxalq reytinq təşkilatları da bunun əksini, yəni, neftin 50 dollara enəcəyini proqnozlaşdırırlar: "Neftin qiyməti ilə bağlı proseslər iqtisadi səbəblərdən doğmadığı üçün dayanıqlı deyil, ona görə də dünyada gərginlik aşağı düşən kimi kəskin qiymət enməsini görə bilərik".
 
Bu amilin Azərbaycana təsiri barədə danışan N.Cəfərli hesab edir ki, neftin qiyməti artsa da manatın məzənnəsi bahalaşmayıb, məntiqlə isə bu, olmalı idi və bir ildir ki, 1 dollar 1 manat 70 qəpik həddindədir.
 
Ekspert deyir ki, manatın dəyəri inzibati üsulla formalaşdığı üçün məzənnə eyni olaraq qalır, belə məzənnə sabitliyində hökumət də maraqlıdır, elə buna görə də manatın bahalaşacağını düşünmür.
 
Azərbaycan iqtisadiyyatının neftdən kəskin şəkildə asılı olduğunu deyən N.Cəfərli hesab edir ki, manat bahalaşdığı halda Neft Fondundan büdcəyə birbaşa transferlər artacaq, hökumət isə Fonda daha çox valyuta toplamaqda maraqlıdır: "Belə olan halda Azərbaycan manatının bahalaşması ölkədə qeyri-neft sektoruna ağır zərbə vura bilər, yenidən idxalçı ölkəyə çevrilərək hər şeyi xaricdən almağa başlayacağıq. Bu isə daha kəskin devalvasiyaya gətirib çıxara bilər".
 
Bu arqumentdən irəli gələn müəllif düşünür ki, qonşulara paralel olaraq sentyabrdan hökumət manatı az da olsa ucuzlaşdıracaq, amma kəskin devalvasiya gözləmir və manat dollar məzənnəsi ilin sonuna maksimum 1.80-1.85 ola bilər.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system