NAMAZ VAXTLARI:
  • FƏCR 06:26
  • GÜN 07:53
  • ZÖHR 12:34
  • ŞAM 17:33
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Nəfslə muraqibətin inanılmaz təsiri – “Muraqibət” nədir?

Oxundu: 656
Nəfslə muraqibətin inanılmaz təsiri  – “Muraqibət” nədir?

Ayətullah Bəşir Nəcəfi Hz. Abbası (ə) misal çəkib: “Muraqibənin bariz nümunəsini Hz. Abbasda (ə) görürük. O bunu öz zəmanə imamına (ə) itaəti ilə göstərdi. Bunlar hamısı təqvanın nəticəsidir.”

İslaminSesi.info –  Hər bir bədii əsərin “qəhrəmanı” olduğu kimi, xaliq olan Allahın dünya əsərinin qəhrəmanı insandır. İnsan böyük bir gücə, potensiala malik bir varlıqdır. Onun ən böyük potensialı Allahı tanımaq, dərk etmək gücüdür. Təbii ki, məhdud bir məxluqun dərk etmə həddində.

 

Bu zirvəyə yetişməsi üçün insan mənəvi paklıq mərhələsi keçməlidir. Bu mərhələni də yalnız mübarizə ilə əldə edilir. Öncə insanın yaşam mübarizəsi, sonra isə özü ilə olan mübarizəsi. Bu iki mübarizənin içində ən çətini və ən ağırı insanın özü ilə mübarizəsidir. Çünki insan özü ilə, nəfs və tamahı ilə mübarizədə qalib olarsa, yəni hər kəs öz nəfs və tamahına qalib olarsa yaşamaq uğrundakı mübarizə çox asanlaşar. Öz nəfsinə qalib olan insanlardan ibarət bir insan cəmiyyəti formalaşar. Kimsə digərinin istismar etməz. İnsan nəfsinə qalib olmaqla yaşam mübarizəsində də asnlıqla qalib olar. Çünki həm öz həyatını, həm də digərlərinin həyatını çətinləşdirən insanlar öz nəfs və tamahına məğlub olan insanlardır. Dünyada baş verən müharibə, aclıq, qırğınlar, dava-dalaşlar məhz bu növ, nəfs və Şeytanana məğlub olmuş insanların əmllərinin nəticəsidir. Elə bu səbəbdən Allahın Rəsulu (s) insanın özü ilə mübarizəsini “Ən böyük cihad” adlandırıb.

 

“Muraqib” də bu böyük cihadın bir parçasıdır. Muraqibə yəni-tamahla mübarizə!

 

Ayətullah Bəşir Nəcəfi müqəddəs Həzrəti Abbas hərəmində görüşü zamanı mənəvi mərhələləri yüksəlməkdə və Allahın rizasına yetişməkdə  təqva və muraqibətin (nəfslə mübarizənin) əhəmiyyətinə toxunub. Həmçinin Hz. Abbası (ə) misal çəkib:

 

“Muraqibənin bariz nümunəsini Hz. Abbasda (ə) görürük. O bunu öz zəmanə imamına (ə) itaəti ilə göstərdi. Bunlar hamısı təqvanın nəticəsidir.”

 

Həmçinin ustad buyurub: “Mömin gərək özündən hesab çəkməyə diqqətli və mütamadi olsun. Ən azı gündə bir dəfə bunu etsin. Gün ərzində etdiklərini gözdən keçirsin. Öz ibadət və tilavətlərini gözdən keçirib düzəltməyə çalışsın. Bunu etməklə, növbəti dəfə artıq öz xətalarını görəcək. Həmçinin insan gərək öz ağlını, qəlbini və buraxdığı boşluqları hesaba çəksin. Baxsın nə edib, nə fikirləşib. Çünki insan qiyamət günü öz rəbbi olan Mütəal Allahın qarşısında dayanacaq.

İnsanın özü ilə hesablaşmağı onu iman, təqva dərəcəsinə yüksəlməyə və özünü islaha hazırlayır.”     

(ar.hawzahnews)

 

Yaşar Nuriyev

 

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İSLAM XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system