NAMAZ VAXTLARI:
  • FƏCR 05:00
  • GÜN 06:22
  • ZÖHR 12:36
  • ŞAM 19:06
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

“Nəfsini özünə tanrı edəni gördünmü?” - Məhərrəm ayı bizlərə nəyi öyrədir? (I hissə)

Oxundu: 159
“Nəfsini özünə tanrı edəni gördünmü?” - Məhərrəm ayı bizlərə nəyi öyrədir? (I hissə)

" ... Allahın günlərini onların yadlarına sal ki, həqiqətən bunda hər bir səbr və şükür edənlər üçün nişanələr vardır." - İbrahim -5.

 

Qurani Kərim bizlərə, peyğəmbərlərin qissələrini xatırladır. O peyğəmbərlər ki, onların gəlişındə səbəb, insanlığını itirmiş cəmiyyətin insanlığa qayıtması, zülm və fəsadın səbəblərinin təyin edilməsi və onlarla mübarizə üslubunun tətbiqi, cəmiyyətə səadət və xoşbəxtlik yollarının təqdim etmə amalı durur.

 

Qeyd olunanların reallaşmasında əsas amil " itaət" dururdu. Qurani Kərim bəla nazil olmuş qövmlərin bu bəlalarla üzləşməsinin səbəbini itaətsizlik də görür.

 

Cəmiyyətin rifahı üçün göndərilmiş İlahi elçilərə itaət qeyri şərtsiz zəruri idi. Çünki bu şəxslər səadətə gedən yolun ən gözəl bələdçiləri idi. İnsana iki yol təqdim edilmişdir, Allaha itaət və şeytana itaət. Bu iki yoldan başqa alternativ yol yoxdur. İnsanın yol ayrıcında çaşqın qalmamasından ötrü Allah ona ağıl kimi bir nemət verdi.

 

Üsulu Kafi kitabında İmam Sadiqdən (ə) belə nəql olunur: " Allah insanı yaratdığı zaman, onunla birlikdə ağılıda yaratdı. Allah ağıla əmr etdi, yaxınlaş ağıl yaxınlaşdı, ( sonra) ağıla əmr etdi uzaqlaş ağıl uzaqlaşdı..."

 

Səmavi kitabların endirilməsində əsas hədəf insanları haqq və batil, doğru və yalanlardan agah etmək idi. Qurani Kərim buyurur:" Barəsində heç bir şəkk-şübhə olmayan bu uca məqamlı kitab pərhizkarlar ( Allahdan qorxanlar) üçün hidayət mənbəyidir( yol göstərəndir).- Bəqərə-2. Bu Kitabın müəllim və tərbiyyəçiləri isə peyğəmbərlər idi. Qurani Kərim başqa bir yedə belə buyurur: "...Bizim Rəsulumuz sizə nə verirsə  götürün və sizə nəyi qadağan edirsə ondan əl çəkin. Allahdan qorxun ki, Allah şiddətli cəza verəndir."-Həşr-7.

 

Həmçinin digər ayədə də belə qeyd olunur: " Allaha və Onun peyğəmbərinə itaət edin, bəlkə rəhm olunasınız."-Ali-İmran -132

Allah elçisinin bizdən istəyi nə idi? Qurani Kərim bunun da cavabını verir: Bu, Allahın, iman gətirərək yaxşı işlər görmüş bəndələrini müjdələdiyi həmin şeydir. De: «Sizdən bunun (ilahi tapşırıqların çatdırılmasının) müqabilində qohumlarım barəsində (qəlb və əməldə olan) məhəbbətdən başqa bir muzd istəmirəm». Kim bir yaxşı iş görsə (daha artıq məhəbbət göstərsə), Biz onun üçün həmin işdə yaxşılıq (savab) artırarıq. Həqiqətən, Allah bağışlayan və qədirbiləndir." -Şura-23. Qurani Kərim də nəzərdə tutulan yaxın qohumlardan məqsəd Əhli Beyt (ə)-dır.

 

Məhərrəm ayı bizə itaəti öyrətdi. İlahi qanunlara sədaqətli olmaği, bu qanunların yaşaması üçün fədakar olmağı öyrətdi. Əks cəbhədə duran itaətsizlərin aqibətini, itaətsizliklərinin səbəbini öyrətdi. İmam Hüseyn (ə) Əməviləri belə vəsf edir: " Onlar şeytana itaəti qəbul, Allaha itaəti isə tərk etmişlər, yer üzündə fəsadı yaymış, ilahi hökmlərin icrasına mane olmuş və beytul- mala təcavüz etmişlər."

 

Bu cəbhə əmmarə nəfsin (pisliyə dəvət edən nəfsin) vasitəsi ilə şeytana təslim olaraq tabeçiliyinə keçdilər. Maddi aləmə olan bağlılıq mənəvi aləmlə rabitənin kəsilməsinə səbəb ola bilər. Madi aləmə hərislik nəfsin ağıl qüvvəsinə hakim olmasına səbəb ola bilər, nəfsinin quluna çevrilən şəxs Allahın bəndəçıliyindən xaric ola bilər. Bu cür xislətli şəxslər nəfslərinin rəbb qərar verilməsinə səbəb olar. Qurani “Nəfsini özünə tanrı edən və Allahın bilərəkdən yoldan çıxartdığı, qulağını və qəlbini möhürlədiyi, gözünə də pərdə çəkdiyi kimsəni gördünmü? Allahdan başqa kim onu doğru yola sala bilər?! Məgər düşünüb ibrət almırsınız?" deyə buyurur. (Casiyə -23)

 

 Nəfsini tanrı bilən şəxs ancaq nəticə etibarı ilə Peyğəmbər və İmam qatilinə çevrilə bilər.

 

 Nəfsini tanrı bilən şəxs ola bilsin ki nəzəri agahlığı olsun, amma bu halın nəticəsi əməli cahillikdir. Necə ki Ömər ibn Səd, İmam Hüseynin kimliyindən agah idi, Rey vilayətinin taxtına olan sevdası Allaha asiliyə və əməli cahilliyə səbəb oldu. Quran təbiri ilə desək: "Kim Allaha və Onun peyğəmbərinə itaətsizlik etsə və Onun (müəyyənləşdirdiyi) sərhədlərini aşsa (Onun hökmlərinə qarşı çıxsa), (Allah) onu həmişəlik qalacağı oda daxil edəcək və onun üçün alçaldıcı bir əzab vardır."- Nisa-14

 /İslaminSesi/

Elnur Əli oğlu

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İSLAM XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system