Nəcəf şəhərində növbəti dəfə İran konsulluğuna hücum edildi

Oxundu: 45
Nəcəf şəhərində növbəti dəfə İran konsulluğuna hücum edildi

Nəcəful-əşrəfdə növbəti dəfə İran konsulluğuna hücum edilib.

 

İslaminSesi İraq mediasına istinadən xəbər verir ki, hadisə bu gecə baş verib.

 

Alsumaria News-ın verdiyi xəbərə görə iğtişaşçılar konsulluğa hücum edib, binanı yandırmağa çalışıblar.

 

İraq təhlükəsizlik xidmətinin verdiyi məlumata görə yanğının qarşısı alınıb. Konsulluq binasına böyük ziyan dəyib.

 

Xatırladaq ki, bu İranın Nəcəfdəki konsulluq binasına edilən 2-ci hücumdur. Birinci hücum noyabırın 28-də olmuşdu.

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system