Necə oldu ki, supergüc superfağıra çevrildi?

Oxundu: 559
Necə oldu ki, supergüc superfağıra çevrildi?

Birləşmiş Ştatların dünyanı bir qütbdən idarə etmək cəhdi, çox hallarda buna nail olması onun simasını tamamilə dəyişdi

Şimali Koreya ABŞ və Cənubi Koreyanı əldə olunmuş razılaşmaları pozmaqda ittiham edib. Bu barədə Şimali Koreyanın Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb.

 

Məlumatda deyilir: “Birmənalı xəbərdarlıqlarımıza baxmayaraq, ABŞ və Cənubi Koreya Şimali Koreyaya hədəflənmiş birgə hərbi təlimlərə başlayıb”.

Pxenyan bununla bağlı cavab addımları atacağını da qeyd edib: “Əgər ABŞ və Cənubi Koreya Şimali Koreyanın xəbərdarlığına məhəl qoymasa, Pxenyan onları ağır bədəl ödəməyə məcbur edəcək”.

 

Qeyd edək ki, ABŞ-ın Asiya-Sakit okean regionuna orta mənzilli yerüstü raketlər yerləşdirmək barədə planlarından narahat olan Çin də eyni addımı ataraq cavab tədbirlərinin görməli olacağını bildirib: “Çin bir küncə çəkilib, sakit durmayacaq. Biz ABŞ-ın Asiya-Sakit okean regionuna orta mənzilli yerüstü raketlər yerləşdirməsinə görə adekvat addımlar atmaq məcburiyyətində qalacağıq”.

 

Bəs ABŞ-a qarşı bu cür təhdidlər hardan qaynaqlanır? Necə oldu ki, supergüc hesab olunan dövlət belə bir duruma düşdü?

 

ABŞ hələ SSRİ-nin mövcud olduğu vaxtlarda bu nəhəng imperiyaya, daha sonra isə onun varisi olan Rusiyaya qarşı əks-təbliğat aparırdı. Ərazi baxımından dünyanın altıdan birini tutan keçmiş Sovet İttifaqını “şər imperiyası” adlandırır, dünyanı təhdid edən “sovet hərbi təhlükəsinin” mövcudluğu haqda tez-tez bəyanatlar verir, beynəlxalq ictimaiyyətdə ona qarşı antipatiya yaradırdı. O illərdə dünya ölkələrinin əksər hissəsi Birləşmiş Ştatların antitəbliğatına inanır, Amerikanı, necə deyərlər, mələk, SSRİ-ni isə yırtıcı kimi qəbul edirdi. Daha doğrusu buna məcbur idi.

 

Əlbəttə, hazırkı prizmadan baxanda bunu başa düşmək o qədər də çətin deyildi. Çünki o vaxtlar dünyada iki – sosializm və kapitalizm siyasi sistemi mövcud idi. Və say baxımından ikinci sistemə daxil olan ölkələr birincini xeyli üstələyirdi. Üstəlik SSRİ qapalı bir dövlət olduğundan onunla ABŞ-ı dəqiq müqayisə etmək olduqca çətin idi. Bəlkə də mümkün deyildi. Amma Sovet İttifaqının tufaqı dağılandan, dünya sosializm sisteminin mövcudluğuna xitam veriləndən sonra ümimi siyasi mənzərə, dünya ölkələri və xalqlarının SSRİ və Amerikaya baxışlarında, onların müqayisəsində tədricən dəyişikliklər yaranmağa başladı. Artıq sovetlər ittifaqı olmadığından, ABŞ-ın təbirincə desək, “sovet hərbi təhlükəsi” də aradan qalxdı.

 

Vaxtilə SSRİ-nin Əfqanıstanı işğal etdiyini deyən Birləşmiş Ştatların özü müxtəlif bəhanələrlə Küveyti, Əfqanıstanı işğal etdi, İraqı, Liviyanı, Suriyanı xarabazara, ona tabe olanları, boyun əyənləri isə vassala çevirdi. Və tədricən dünya xalqlarına məlum oldu ki, ABŞ-ı SSRİ-dən fərqləndirən, onun daha aqressiv işğalçı olmasıdır.

 

Bəli, SSRİ-nin dağılmasından sonra Birləşmiş Ştatların dünyanı bir qütbdən idarə etmək cəhdi, çox hallarda buna nail olması onun simasını tamamilə dəyişdi. Doğrudur, ABŞ-ın belə bir duruma düşməsini Trampın sərsəm idarəçiliyi ilə əlaqələndirənlər var. Amma bu qismən özünü doğrultsa da, tam belə də deyil. Tramp sadəcə Amerikaya olan antipatiyanın sürətini bir balaca sürətləndirdi. Birlləşmiş Ştatlara əsas nifrəti onun getdikcə artan təcavüzkarlığı, hegemonçuluq siyasəti yaratdı. Bu gün Çinin, Şimali Koreyanın, İranın, Türkiyənin, eləcə də sayı getdikcə artan digər dövlətlərin ABŞ-ın haqsız təhdidinə elə onun öz dili ilə, amma haqlı cavab verməsi də məhz bunun nəticəsidir.

/İslaminSesi/         

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system