NAMAZ VAXTLARI:
  • FƏCR 04:34
  • GÜN 06:00
  • ZÖHR 12:43
  • ŞAM 19:42
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Neçə dərdin dərmanı olan bir zikr – Peyğəmbərin (s) dilindən

Oxundu: 1650
Neçə dərdin dərmanı olan bir zikr – Peyğəmbərin (s) dilindən

Allah Rəsulu (s) buyurub: Ya Əli sənə elə bir kəlimələr təlim edim ki, hər çətinlik və bəladan o zikirlə nicat tapasan?

 

O zaman de: Bismılləhir- rəhmanir -rəhim. La həulə və la quvvətə illa billahil əliyyil əzim.

بسم الله الرحمان الرحیم

لا حول ولا قوة الا بالله العلي العظيم

 

“İslaminSesi» - Zikr rəbbini xatırlamaq mənasındadır. Ümumilikdə zikri iki qismə - dil və qəlb zikri olaraq ikiyə bölürlər. Baxmayaraq ki ən üstünü qəlb zikridir, dil zikridə bəyənilir. Həm də dil zikrinə çox təkid edilir. Çünki dil zikri də öz növbəsində insanın qəlb zikrinə yetişməsinə, rəbbi ilə mənən bağlılıq qurmasına şərait yaradır. 



Quran və hədislərdə də insanın çox zikirlə məşğul olmasına təkid edilib- Ey iman gətirənlər! Allahı çox zikr edin! (Əhzab-41)


Quran və hədislərdə buyurulan bir çox məxsusi zikrlər var. İnsan o zikri gərək olduğu kimi desin. Təbii ki belə olsa insan üçün daha təsirli və xeyirli olar. Bu zikirlərdən biri də: “La həulə və la quvvətə illa billahil əliyyil azim” zikridir. Hədisdə qeyd olunub ki, bu mübarək zikr fəqirlik, qəm qüssə və bu kimi başqa yetmiş dərdin,bəlanın açarıdır. 

İmam Baqir (ə) bu zikrin bəyanında buyurur ki,güc və qüvvət Allah Təalaya məxsusdur. İnsan bu zikiri deməklə öz itaət gücünü Allaha Təalaya nisbət verir, yəni rəbbi ona itaət üçün güc verib. Bir günahla üzləşəndə də rəbbi onunla o günah arasında bir ruhani hal, bir maneə yaradır və insanı günahdan qoruyuyr. Allah Təala insana verdiyi güc və inayətlə insanı qoruyur.


Buna görədə sanki insan Uca Allahdan savayı heç bir güc və hal sahibi yoxdur deyə etiraf edir. 

Həzrəti Əlı (ə) bu zikr barəsində buyurur ki, Allaha qarşı günahdan yalnız Onun inayəti ilə cəkinə bilərik. ( İhticac- C-2.S-451)

Allah Rəsulu (s) buyurub: Ya Əli sənə elə bir kəlimələr öyrədim ki, hər çətinlik və bəladan o zikirlə nicat tapasan? O zaman de: Bismılləhir- rəhmanir -rəhim. La həulə və la quvvətə illa billahil əliyyil əzim. (Usuli kafi.C-6.S-311)

Yaşar Nuryev

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İSLAM XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system