NAMAZ VAXTLARI:
  • FƏCR 04:26
  • GÜN 05:55
  • ZÖHR 12:44
  • ŞAM 19:51
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

İSLAM

Oxundu: 477
Nə üçün qiyamətə “həsrət günü” də deyilir? – İmam Sadiqin (ə) izahı

Nə üçün qiyamətə “həsrət günü” də deyilir? – İmam Sadiqin (ə) izahı

Qiyamət günü öz ağırlığı və çətinliyi səbəbi ilə müxtəlif adlarla vəsf edilmişdir. Bunlardan biri də “youmul-həsrətdir”.

İslaminSesi.info - Rəhmət, mərhəmət yaradılışın özəyidir. Allah Təala insanı və bütün varlığ aləmini Öz rəhməti, mərhəməti ilə yaradıb. Sülh və qardaşlıq dini olan İslamda bütün işlərin, yazı və məktubların, bütün Quranın “ Rəhman və Rəhim Allahın adı ilə” başlaması bunun bariz göstəricisidi.

 

“Rəhman” adının mənası dünyada hər kəsə rəhm edən ruzi verən Allah mənasındadır. “Rəhim” adı isə əxirətdə yalnız möminə rəhm edən mənasındadır. Göründüyü kimi bütün aləm Allah Təalanın rəhmaniyyəti işığında vardır və bərqərardır.

 

Dini mənbələrdə qiyamətin dəhşəti nə qədər ağır təsvir olunsa belə insan yenə də rəbbinin rəhmətinə ümidlidir.

 

Qiyamət günü öz ağırlığı və çətinliyi səbəbi ilə müxtəlif adlarla vəsf edilmişdir. Bunlardan biri də “youmul-həsrətdir”. Yəni “həsrət günü”. Bu gün hər kəs Allah Təalanın rəhmətinin həsrətində olacaqdır. İmam Sadiq (ə) qiyamətin “həsrət günü” adlandırılmasının səbəbini belə izah edir:

 

“Youmul-həsrətdir” qiyamətin bir adıdır. O gün hər kəs həsrət çəkəcək. Hətta yaxşı əməl sahibləri belə həsrət çəkəcək. Deyəcəklər nə üçün daha çox xeyirli işlərlə məşğul olmadıq.”  (Vəsailuş-şiə. Cild-7)

 

Yaşar Nuriyev

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İSLAM XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system