Nazirlik: Bu il I sinfə elektron qəbul bütün ölkəni əhatə edəcək

Oxundu: 79
Nazirlik: Bu il I sinfə elektron qəbul bütün ölkəni əhatə edəcək

“2020-2021-ci tədris ili üçün I sinfə qəbul elektron qaydada keçiriləcək. Sistemə qeydiyyat mart ayından başlayacaq”.

Bunu APA -ya açıqlamasında Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib.

O qeyd edib ki, bu il ilk dəfə olaraq I sinfə elektron qəbul bütün ölkəni əhatə edəcək. 

 

Xatırladaq ki, bu ildən başlayaraq dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına və I sinfinə qəbul Azərbaycan vətəndaşı olan uşaqlar üçün mütləq olaraq şəxsiyyət vəsiqəsi, xarici ölkə vətəndaşları üçün xarici pasport, vətəndaşlığı olmayanlar üçün miqrasiya vəsiqəsi əsasında həyata keçiriləcək.

Azərbaycan Prezidentinin müvafiq fərmanına əsasən, dövlət informasiya sistemlərində məlumat mübadiləsi şəxsiyyət vəsiqələrinin fərdi identifikasiya nomrəsi (FİN) əsasında həyata keçirilməlidir. 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system