NAMAZ VAXTLARI:
  • FƏCR 03:42
  • GÜN 05:21
  • ZÖHR 12:37
  • ŞAM 20:13
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Nazirlik: 5-dən çox uşağı olan qadınların hər uşağına 55 manat veriləcək

Oxundu: 233
Nazirlik: 5-dən çox uşağı olan qadınların hər uşağına 55 manat veriləcək

“Azərbaycan Prezidenti İlham Əliyevin 27 dekabr 2013-cü il tarixli Fərmanına əsasən, 5-dən çox uşağı olan qadınların hər bir uşağına görə aylıq sosial müavinət ödənilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib ki, dövlət başçısının 25 fevral 2019-cu il tarixli sərəncamı digər müavinət növləri kimi, 5-dən çox uşağı olan qadınların 18 yaşına çatmamış hər bir uşağına görə aylıq sosial müavinətin də əhəmiyyətli dərəcədə artmasına imkan verib.

Belə ki, gələn ayın, yəni aprelin 1-dən  həmin müavinətin məbləği 55 manata çatdırılacaq.


Misal üçün, ailədə 6 uşaq varsa həmin ailəyə qeyd olunan müavinət kimi aylıq 330 manat (hazırkı məbləğlə müqayisədə 132 manat çox) vəsait ödəniləcək. Onu da bildirək ki, hazırda ölkəmizdə 5-dən çox uşağı olan qadınların 9 min nəfər uşağına bu müavinət verilir.    


25 fevral 2019-cu il tarixli sərəncam müddətli həqiqi hərbi xidmət qulluqçularının 16 yaşa (ümumtəhsil məktəblərində əyani təhsil alanlar 18 yaşa) çatmamış uşaqlarının hər biri üçün ödənilən aylıq müavinətin də məbləğinin artmasını nəzərdə tutur. 

Aprelin 1-dən həmin müavinət 68 manatdan 100 manata çatdırılacaq. Hazırda 120 nəfər uşağa bu müavinət növü ödənilir.Modern.az

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system