NAMAZ VAXTLARI:
  • FƏCR 06:06
  • GÜN 07:30
  • ZÖHR 12:26
  • ŞAM 17:39
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Nazirdən yeni doğulanlara görə müavinət verilməsi təklifinə münasibət

Oxundu: 73
Nazirdən yeni doğulanlara görə müavinət verilməsi təklifinə münasibət

Maliyyə naziri Samir Şərifov hər yeni doğulan uşağa görə müavinətin təyin edilməsi təklifinə münasibət bildirib.

"İslaminSesi.info" -nın xəbərinə görə, Milli Məclisin (MM) komitələrinin noyabrın 7-də keçirilən birgə iclasında büdcə müzakirələri zamanı maliyyə naziri S.Şərifov deyib ki, Azərbaycanı digər ölkələrlə müqayisə etmək doğru deyil:

 

“Məsələn, Belarusla müqayisə aparırlar. Orada vəziyyət fərqlidir. Belarusdakı demoqrafik vəziyyət Azərbaycandakı ilə müqayisə oluna bilməz, çünki arada fərq var. Yəni bu, hər dövlətdə fərqlidir. Amma bu məsələyə baxıla bilər”.

 

Şəhid ailələrinin vərəsə məsələsinə də toxunan S.Şərifov qeyd edib ki, bu məsələlərin maliyyə tutumuna baxmaq lazımdır: 

 

“Ümumilikdə bu sahəyə ayrılan dövlət dəstəyi məsələsinə baxmaq lazımdır.  Cənab prezident tərəfindən şəhid ailələrinin mənzillə təmin olunması üçün 30 milyon vəsait ayırılıb. Bu da dövlət qayğısının başqa bir istiqamətidir. Ölkə başçımız bu məsələdə həmişə diqqətli olub”.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system