Nazir: Trampın mövqeyi İsrailin ekstremist fəaliyyətlərini artırıb

Oxundu: 60
Nazir: Trampın mövqeyi İsrailin ekstremist fəaliyyətlərini artırıb

ABŞ prezidenti Donald Trampın İsrail tərəfdarı mövqeyi İsrailin ekstremist fəaliyyətlərini artırıb.

Bunu Fələstin Azadlıq Təşkilatının baş katibi, Sosial İnkişaf naziri Əhməd Məcalani deyib. "Lenta.ru" xəbər verir ki, o, "Valday" Beynəlxalq Müzakirə Klubunun konfransında qondarma "Əsrin müqaviləsi"nin təhlükəsindən danışıb.

 

Məcalinin fikrincə, Trampın elan etdiyi “Əsrin müqaviləsi” beynəlxalq hüquqa ziddir. Üstəlik, İsrailin mövqeyinin möhkəmlənməsi səbəbindən Fələstinin hüquqları daha çox pozulub.


"Fələstinlilər öz ərazilərində öz dövlətlərini yaratmaq perspektivlərini itirirlər", - deyib.


Qeyd edək ki, fevralın 17-də Rusiya xarici işlər naziri Sergey Lavrov ölkələr arasındakı münaqişənin Amerika prezidentinin təklif etdiyi yolla həll olunmasının mümkünlüyünə şübhə edib. Diplomat bildirib ki, söhbət İsrailin xeyrinə birtərəfli güzəştlərdən gedir./Faktxeber.com/

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system