NAMAZ VAXTLARI:
  • FƏCR 06:00
  • GÜN 07:23
  • ZÖHR 12:25
  • ŞAM 17:44
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Nazir müavini şəhid vərəsələrinə birdəfəlik ödəmələrdən danışdı

Oxundu: 81
Nazir müavini şəhid vərəsələrinə birdəfəlik ödəmələrdən danışdı

9 oktyabr tarixinə olan məlumata görə, 300-dən artıq şəhid hərbi qulluqçunun vərəsələrinə dair sənəd daxil olub.

"İslaminSesi.info" - nın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev deyib.

 

Onun sözlərinə görə, sənədlərə İşçi qrupu tərəfindən baxıldıqdan sonra 114 şəhid hərbi qulluqçunun 146 vərəqəsinə birdəfəlik ödəmənin verilməsi təsdiq olunub:

 

“Həmin vərəsələrin sənədləri Maliyyə Nazirliyinə təqdim olunub. Bu ilin sonuna qədər vərəsələrin yarısına bu vəsaiti vermək imkanımız olacaq. Növbəti ildə digər yarısına bu vəsaitin verilməsi nəzərdə tutulub”.

 

İdris İsayev bildirib ki, vaxtilə ödəmə alan şəhid hərbi qulluqçuların yaxınları tərəfindən gələn şikayətlərə də baxılıb:

 

“Aidiyyəti orqanlardan şikayətlərin araşdırılması üzrə sənədlər istəmişik. Şikayətçilərin bir qismi vaxtilə dönüş almadıqlarını bildirirlər və adları siyahıda yoxdur.

 

Onlara dair əldə etdiyimiz sənədlərdən bəlli olur ki, 80 müraciət üzrə sığorta ödənişinə dair sənədlər mövcuddur və yanlış olaraq şikayət edirlər”.

 

“Şikayətlərin bir qismində anlaşılmazlıq da olub. 10-dan artıq halda həmin şəxslər səhv olaraq müraciət ediblər. Onların adı siyahıda var”, - deyə nazir müavini qeyd edib.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system