Nazir həyəcan təbili çaldı: "Su resurslarımız 15% azalıb"

Oxundu: 90
Nazir həyəcan təbili çaldı:

Hazırda Azərbaycanda kənd təsərrüfatı sahəsində su çatışmazlığı müşahidə olunur.

İslaminSesi xəbər verir ki, bunu Ekologiya və Təbii sərvətlər naziri Muxtar Babayev İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv ölkələrin kənd təsərrüfatı nazirlərinin Bakıda keçirilən VI toplantısında deyib.

 

Onun sözlərinə görə, qlobal iqlim dəyişikliyi kontekstində dayanıqlı antropogen risklər var.

 

“Əminəm ki, bu tərəfdaşlıq ətraf mühitin qorunmasına da təsirsiz ötüşməyəcək. Biz anomal hidrometeoroloji hadisələrə hazır olmalıyıq. Artıq bu səpkidə ölkəmizdə bir sıra çətinliklər müşahidə olunur. Kənd təsərrüfatı məhsullarının yetişdirilməsi su tələb edir. Ölkəmizdə olan çayların 70%-i su mənbəyi hesab olunur. İqlim dəyişikliyinə əsasən, su resurslarımız 15% azalıb və 2050-ci ilə kimi hələ 15% də azalması proqnozlaşdırılır. Hazırda Xəzər dənizində və çaylarda su səviyyəsinin azalması müşahidə olunur. Bir sözlə, ölkədə kənd təsərrüfatı məhsullarının yetişdirilməsi üçün su çatışmazlığı müşahidə olunur. Kənd təsərrüfatı nazirliyi ilə birgə fermerlərə dəstək üçün “Kənddən Şəhərə” layihəsinin icrasına başlanılıb, arıçılığın inkişafı üçün nektar ağacları əkilib, bundan başqa, mütəmadi olaraq ağacəkmə kampaniyaları keçirilir. Biz müsbət həllərin axtarılmasına davam edəcəyik”, - nazir qeyd edib./Report.az/

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system