NAMAZ VAXTLARI:
  • FƏCR 04:31
  • GÜN 05:59
  • ZÖHR 12:43
  • ŞAM 19:45
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Nazir əlilliyin müəyyən olunması qaydaları barədə

Oxundu: 250
Nazir əlilliyin müəyyən olunması qaydaları barədə

Azərbaycanda əlilliyin təyin edilməsi meyarları beynəlxalq təcrübəyə uyğunlaşdırılacaq.

İslaminSesi.info -nın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev mətbuat konfransında bildirib.

 

Onun sözlərinə görə, bu günə qədər Sovet İttifaqı dönəmindən qalan I, II və III qruplar üzrə əlillik meyarları mövcuddur:

 

“Amma bu meyarlar beynəlxalq təcrübəyə uyğun gəlmir. Hazırlanan meyarlar 1000-dən artıq xəstəliyi əhatə edir. Həmin xəstəliyin 6-7 meyar üzrə təsir faizi müəyyən edilir. Bunun əsasında vətəndaşın xəstəliyinin həyata təsir faizi ölçüləcək, onun əlilik dərəcəsi müəyyən ediləcək”.

 

“Bu meyarlar həm Səhiyyə Nazirliyinin, həm də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin həkimləri tərəfindən birgə hazırlanıb. Ümumdünya Səhiyyə Təşkilatı tərəfindın ekspertiza edilib. Yaxın günlərdə qanunvericilik paketi Milli Məclisə təqdim ediləcək”, - deyə nazir qeyd edib.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system