MÖVQE

Oxundu: 51
NATO Türkiyəsiz qalmaq riski ilə üzbəüzdür - Daily Sabah

NATO Türkiyəsiz qalmaq riski ilə üzbəüzdür - Daily Sabah

Şimali Atlantika alyansı Türkiyə ilə ciddi maraqlarla bir-birləri ilə bağlıdırlar.

İslaminSesi bildirir ki, bu barədə Daily Sabah qəzeti yazı yayımlayıb. Hakimiyyətə gələndən bəri Tramp addım-addım Türkiyə ilə münasibətlərin sonuna gəlir. Hazırda ABŞ-la Türkiyə arasında düyünə düşmüş məsələlər Gülənin  ekstradisiyası, ABŞ kürd separatçılarına silah verməsi və hazırda gündəmi işğal edən Zərrab işi ilə Türkiyəni İranla əməkdaşlıqda ittiham olunmasıdır. 

 

Türkiyə və ABŞ-ın əməkdaşlığı artıq Suriya cəbhəsində zərər görməyə başlamışdı. Soçidə İran, Türkiyə və Rusiyanın üçtərəfli görüşündən sonra Tramp Ankara ilə münasibətləri azca da olsa yumşaltmaq üçün kürdlərə silah verməsini azalda biləcəyinə işarə vurmuşdu. Lakin Pentaqonun rəsmi simalarından biri kürd qruplaşmalarına silah verilməsinin qətiyyən dayandırılmayacağını açıqladı. "Daily Sabah"-ın yazdığına görə bu da türkləri həddindən artıq hiddətləndirib. 

 

Bu isə onu göstərir ki, Tramp hələ də nə Pentaqonla, nə də Dövlət departamenti ilə  münasibətlərini yoluna qoya bilməyib. Bununla yanaşı Türkyə hələ də ABŞ-la isti münasibətlərə yaxşı baxır. Rəcəb Tayyib Ərdoğan isə birbaşa açıqladı ki, o Pentaqonla iş aparmır və Ağ evlə əməkdaşlığa şaddır. O Trampla telefon danışığında ilk dəfə olaraq uzun müddətdən bəri eyni frekansda olduğunu açıqladı. Həmçinin əlavə etdi ki, onlar Güln təşkilatını və YPG-ni müzakirə ediblər. 

 

Ümumiyyətlə NATO-dan Türkiyənin çıxarılması ABŞ-a nə dərəcədə sərf edir? Türkiyə baxımından bu o əslində o qədər də fərq etməz, çünki eyni ilə soyuq müharibə illərində olduğu kimi, yeni əsrin başlanğıcında da Türkiyə xaosla və terrorla üzbəüz qalarkən NATO-nun mühafizəsi ortalarda görünməyib. NATO yalnız Türkiyə baxımından öz siyasi və maliyyə maraqlarını güdən bir təşkilatdan başqa bir şey olmayıb. Ona görə də Türkiyənin bu məsələdə itirəcəyi nəsə yoxdur. 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR MÖVQE XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system