NATO Trampın istəyi ilə İraqa döyüşçü göndərməyi planlaşdırır

Oxundu: 180
NATO Trampın istəyi ilə İraqa döyüşçü göndərməyi planlaşdırır

NATO Trampın istəyi ilə İraqa döyüşçü göndərəcək

 

İslaminSesi Alalam-ə istinadən xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

 

Mənbə adının açıqlanmasını istənilməyən məsul şəxslərə istinada bildirib ki, NATO İraqa 500 hərbçi göndərməyi planlaşdırır. Daha sonra 700 döyüşçü də əlavə olunacaq.

 

Döyüşçülərin İraqa göndərilməsi ABŞ prezidenti Donald Trampın istəyi üzərindən həyata keçiriləcəyi bildirilir.

 

Qeyd edək ki, NATO Baş Katibi Jens Stoltenberg Brüsseldə keçirilən mətbuat konfransı zamanı İraqa qüvvə göndərilməsi məsələsi barədə danışarkən buna baxılacağını, əsgər göndərilsə belə təlimlər məqsədi ilə göndəriləcəyini demişdi.

 

Xatırladaq ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Maria Zaxarova,  Jens Stoltenbergin  "NATO-nun ölümü" ilə bağlı fikirini şərh edərkən, "ağılı ölmüş NATO"-nun daha təhlükəli olacağını bildirib:

"Cənab Stoltenberg bir daha bu ifadə ilə hamını NATO-nun ağlının öldüyünə inandırmaq istədi. Bu ağılsız qüvvəni özünüz düşünün. Hər şeyi məhv edə bilər."

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system