NAMAZ VAXTLARI:
  • FƏCR 05:03
  • GÜN 06:25
  • ZÖHR 12:35
  • ŞAM 19:01
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

NATO-nun görünməyən tərəfi – Rasmussen hərbi alyansın gerçək sifətini göstərdi

Oxundu: 335
NATO-nun görünməyən tərəfi – Rasmussen hərbi alyansın gerçək sifətini göstərdi

Rəsmi Tiflis 2008-ci ildə Gürcüstanı “Şimal ayısının” pəncəsinə atıb qaçan NATO-ya bir daha aldanmamalıdır

Xəbər verildiyi kimi, NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussen rəsmi Gürcüstan hakimiyyətini Abxaziya və Cənubi Osetiya olmadan alyansa qoşulmağı düşünməyə dəvət edib. Bu isə, birbaşa desək, “Gürcüstan NATO-ya qoşulmaq üçün torpaqlarından imtina etməlidir” anlamına gəlir.

 

Qeyd edək ki, Rasmussenin bu fikirləri Gürcüstanda müzakirə mövzusuna çevrilib.

 

Gürcüstanın Strategiya və İdarəetmə İnstitutunun rəhbəri Petr Mamradze NATO-nun keçmiş katibinin dəfələrlə belə fikir səsləndirdiyini bildirib. “Rasmussen baş katib olanda belə bu barədə danışırdı” – deyə o bildirib.

 

Mamradze hesab edir ki, NATO ancaq nəzəri cəhətdən Abxaziya və Cənubi Osetiya olmadan Gürcüstanın alyansa qoşulmasını tələb edə bilər.

 

Xatırladaq ki, SSRİ süquta uğrayandan sonra, Pribaltika ölkələrini nəzərə almasaq, NATO-nun diqqətini cəlb edən, onun maraq dairəsində olan ilk postsovet ölkəsi Gürcüstan olub. Bunun səbəbləri haqda danışmayacağıq, çünki hər kəsə bəllidir. Və əlbəttə ki, hər bir dövlətin öz maraqlarının olduğunu da başa düşürük. Bu baxımdan NATO dövlətlərini, lap elə birbaşa desək, ABŞ-ı (çünki bu alyansın, sözün gerçək mənasında Vaşinqtonun nəzarətində olduğu hamıya bəllidir) anlamaq olar. Amma maraq dairəndə olan, nə vaxtsa üzvlüyünə qəbul edəcəyin bir dövləti çox böyük təhlükə ilə üz-üzə qoyub geri çəkilmək artıq başqa məsələdir. Söhbət 2008-ci ilin məlum hadisələrindən – Rusiyanın Gürcüstanla beşgünlük müharibəsindən və bu qeyri-bərabər savaşın fonunda Cənubi Osetiya və Abxaziyanın Kreml tərəfindən tanınmasından gedir.

 

Uzaq tarix olmadığına görə, yəqin o vaxtlar NATO-nun özünü necə aparması, Birləşmiş Ştatların, səsi hətta Moskvaya çatmayacaq qədər yumşaq bəyanatı hamının yadındadır. Alyans və ona daxil olan dövlətlər Cənubi Qafqazda çox yaxın və ciddi tərəfdaş hesab etdikləri Gürcüstanı, necə deyərlər, qızışdırıb, adı çəkilən separatçı qurumlara qarşı müharibəyə itələdi. Nəticədə isə Tiflis “Şimal ayısının” pəncəsinə keçdi. Və hər şey də burdan başladı. NATO-nun, ona daxil olan dövlətlərin gerçək mahiyyəti, yalançı dostluğu üzə çıxdı.

 

Əlbəttə, rəsmi Tiflis sözügedən hərbi alyansın “dostluq” və “tərəfdaşlığının” nədən ibarət olduğunu o vaxt başa düşməli idi, amma bunu anlamadı, nəticə çıxarmağı bacarmadı. Və başa düşmədi ki, vaxtilə SSRİ-ni Əfqanıstanı işğal etməkdə suçlayan ABŞ, indi özü həmin ölkəni xarabazara çevirib və işğalçılıq siyasətinə indi də davab etməkdədir. Yəni ABŞ da, patronajlıq etdiyi NATO da hələ dəyişməyib və belə bir planı da yoxdur. Alyansa rəhbərlik etdiyi dönəmlərdə gerçəyi dilə gətirməkdən çəkinən keçmiş baş katib Rasmussen də indi elə bunu demək istəyir. Odur ki, rəsmi Tiflis özünü və gürcü xalqını aldatmamalıdır.

/İslaminSesi/

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system