NATO kosmosu özünün yeni operativ sferası kimi tanımağı planlaşdırır

Oxundu: 66
NATO kosmosu özünün yeni operativ sferası kimi tanımağı planlaşdırır

NATO ölkələri kosmosu özlərinin yeni operativ sferası kimi tanımağı planlaşdırırlar. Lakin orada silah yerləşdirilməyəcək.

İslaminSesi "RİA Novosti"-yə istinadən xəbər verir ki, bu barədə alyansın Baş katibi Yens Stoltenberq jurnalistlərə açıqlamasında deyib.

 

“Biz strateji çağırışları müzakirə edəcəyik. Hesab edirəm ki, nazirlər kosmosu yeni operativ sfera kimi tanımağa razı olacaqlar”, - deyə NATO-nun Baş Katibi alyans ölkələrinin XİN rəhbərlərinin çərşənbə günü gözlənilən görüşü barədə danışarkən bildirib.

 

Bununla yanaşı, o əmin edib ki, alyans kosmosda silah yerləşdirməyi düşünmür. O, bu sferanın müdafiə və təhlükəsizliyə təsirinin nəzərə alınmalı olduğunu da vurğulayıb.

 

O, həmçinin, NATO-nun hərbi təhdid kimi qiymətləndirilə bilən kosmik təhlükəni öyrənməyi planlaşdırdığını bildirib./Xeber.im/

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system