NAMAZ VAXTLARI:
  • FƏCR 03:35
  • GÜN 05:19
  • ZÖHR 12:46
  • ŞAM 20:32
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

NASA kosmosda qəribə "simfoniya" qeydə alıb - VİDEO

Oxundu: 754
"

NASA mütəxəssisləri "kosmik simfoniya" qeydə alıblar.

 

“İslaminSesi” - NASA kosmik agentliyinin alimləri Hubble kosmik teleskopunun yardımı ilə alınan ultrasəs məlumatları musiqiyə çeviriblər. Bu barədə Hubble missiyasının saytında məlumat verilib.

 

Qeyd edilir ki, təsvirlər RELICS adlı müşahidə proqramının bir hissəsi kimi təkmilləşdirilən geniş əhatəli Wide Field Camera 3 kamerası vasitəsilə əldə edilib. Ekspertlər qalaktikaların qrupunun toplanmasının fotolarını çəkiblər.

 

Alimlər fotolardan birini seçərək, ona "galaktika xəzinələri olan sandıq" adını verib. Fotoda çox sayda qalaktika yer alıb. Bu foto "kosmik musiqinin" yaranması üçün əsas olub.



NASA mütəxəssisləri ultrasəs müşahidəni musiqi kompozisiyasına çeviriblər. Kompozisiya xüsusi alqoritmlər vasitəsilə yaradılıb. Şəkildə olan bütün elementlərə öz səsi verilib. Eyni zamanda, ulduzlar və kompakt qalaktikalar qısa səslərlə, spiral qalaktikalar isə mürəkkəb və daha uzun səslərlə verilib.

 

Səs spektrində təsvir soldan sağa səsləndirilir, tezlik yuxarıdan aşağıya 30-dan 1000 hers aralığında dəyişir. Təsvirin aşağı hissəsində obyektlər aşağı tezliklə, yuxarı hissəsində isə yüksək tezliklə səslənir.

 

Qeyd edək ki, alınan kompozisiya alimlərin xoşuna gəlməyib. Onlar musiqini həddən artıq dəhşətli və qorxulu adlandırıblar.(Sputnik)

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ARAŞDIRMA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system