DÜNYA

Oxundu: 161
Narkotik alverçilərinə ölüm hökmü verilsin - Tramp

Narkotik alverçilərinə ölüm hökmü verilsin - Tramp

İslaminSesi.info RİA-ya istinadla xəbər verir ki, ABŞ prezidenti Donald Tramp bazar ertəsi ölkədə narkotik maddələrin dövriyyəsi ilə mübarizə üzrə plan təqdim edəcək. The New York Post qəzeti bildirir ki, Tramp bu plan çərçivəsində narkotik alverçilərinə ən yüksək cəza növünün verilməsini təklif edəcək.

"Ədliyyə Nazirliyi  narkotik maddələrin tacirləri üçün mövcud qanunvericilik çərçivəsində ölüm cəzasının tətbiqinə nail olmağa çalışacaq", - deyə qəzetə Ağ Evin nümayəndəsi Endryu Bremberq bildirib. O, ABŞ prezidenti administrasiyası yanında daxili siyasət üzrə Şuraya rəhbərlik edir.

 

Narkotik alverçilərinə hansı şərtlər altında ali cəza tətbiqinin veriləcəyi sualına Ağ Evdən aydınlıq gətirilməyib.

 

Trampın planına edamdan əlavə narkoasılılıqla mübarizə aparmağa imkan verən vaksinin ixtirası üçün araşdırılmaların aparılmasına dəstək və narkotikləri ziyanları barədə ictimaiyyətin məlumatlandırılması üzrə kampaniyanın başlanması nəzərdə tutur.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system