NAMAZ VAXTLARI:
  • FƏCR 04:34
  • GÜN 06:00
  • ZÖHR 12:43
  • ŞAM 19:42
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

"Nardaran" məhbusu Abbas Hüseyndən xəbər var ...

Oxundu: 260

Nardaran məhbusu Abbas Hüseynin səhhətində problem yaranıb.

 

İslaminSesi xəbər verir ki, bu barədə onun anası vetenugrunda.az-a danışıb.

 

Siyasi məhbusun anası Rəhimə Hüseynova bildirib ki, hazırda 8 saylı cəzaçəkmə müəssisəsində saxlanan oğlunun ayağı şişib, qzıdırması düşmür: "Abbasın ayağı əməliyyat olunduqdan sonra şiş əmələ gəlib. Bir neçə dəfə şişdən su çəkiblər, amma faydası olmayıb. Şiş yenə də böyüyür, Abbasın qızdırması düşmür. Abbasın başında da şiş əmələ gəlib. Hamısı işgəncə zamanı aldığı zərbələrdən yaranıb".

 

R.Hüseynovanın verdiyi xəbərə görə, oğluna istintaq zamanı və zindanda çox ağır işgəncələr verilib. Bu işgəncələr isə Abbasın bütün sağlamlığını sıradan çıxarıb: "Abbasa Qobustan həbsxanasında həbsxananın rəisi Aftandil Ağayev çox ağır işgəncə vermişdi. O qədər döydürmüşdü ki, neçə gün huşsuz qalmışdı. Aftandil Ağayev şəxsən özü döymüşdü Abbası.  Sonra onu Kürdəxanı təcridxanasına köçürdülər. Kürdəxanıda Abbasa münasibət normal idi. Abbasın ayağı şişib qaraldığına görə onu Penitensiar Xidmətin Müalicə Müəssisəsinə apardılar. Ordan da 8 saylı cəzaçəkmə müəssisəsinə köçürdülər. İndi də Abbas orda saxlanılır. İndi lazımdır ki, ayağı müalicə olunsun. Ancaq onun saxlandığı müəssisədə bu sahə üzrə həkim yoxdur, Müalicə Müəssisəsinə də köçürmürlər. Həkim deyir ki, təcili Müalicə Müəssisəsinə də köçürülməlidir".

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system