NAMAZ VAXTLARI:
  • FƏCR 05:07
  • GÜN 06:27
  • ZÖHR 12:34
  • ŞAM 18:56
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 843 2533
HAVA PROQNOZU:

DÜNYA

Oxundu: 15584
Nailə adlı azərbaycanlı kamikadze Təlafirdə uşaqları ilə birgə ələ keçib

Nailə adlı azərbaycanlı kamikadze Təlafirdə uşaqları ilə birgə ələ keçib

Nailə adlı azərbaycanlı kamikadze Təlafir qəzasının əl-Əyaziyyə nahiyəsində 2 uşağı ilə birgə ələ keçib

İslaminSesi.info bu barədə əl-İraqiyyə telekanalına istinadla məlumat verir.

 

Adının Nailə olduğunu İraq polisinə bildirən kamikadze qadın deyib ki, o ilk dəfə İraqa 3 il öncə ərə getdiyi türk vətəndaşı ilə daxil olub və o hava zərbələri nəticəsində öldükdən sonra İŞİD-in bir iraqlı üzvünə ərə gedib. Kamikadze qadın ələ keçən zaman onun yanında bir neçə uşaq olub ki, həmin uşaqlardan 3-ü ondan öncə özünü partladan digər kamikadze qadının övladlarıdır.

 

İraqın Federal Polisinin nümayəndəsi bəyan edib ki, bu qadının üzərində partladılmaq üçün nəzərdə tutulmuş kamikadze kəməri olub. Lakin ilk mərhələdə bombanın işə düşmədiyindən daha sonra İraq polisi qadını özünü partlatmamağa qane edə biliblər.

 

Nailə bildirib ki, o, Təlafirə gəldikdən sonra əri onun pasportunu alaraq cırıb. Uşaqlardan ikisi Nailənin İŞİD-çi ərlərindən olan övladlarıdır.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system