DÜNYA

Oxundu: 76
Müxalifət və hərbçilər keçid hökumətinin yaradılmasını danışır - Muqabe istefa vermək istəmir

Müxalifət və hərbçilər keçid hökumətinin yaradılmasını danışır - Muqabe istefa vermək istəmir

Zimbabve prezidenti Robert Muqabe hərbçilər ilə apardığı danışıqlar zamanı istefaya verməkdən imtina edir. İslaminSesi TASS-a istinadla xəbər verir ki, bunu Muqabe ilə hərbçilər arasındakı danışıqlarda vasitəçi kimi iştirak edən keşiş bildirib.

 Agentliyin məlumatına görə, Muqabe seçkilərin keçirilməsii istəyir və yalnız bu halda uduzacağı təqdirdə hakimiyyətdən gedə bilər.

 

Bununla yanaşı Zimbabvedəki müxalifət və hərbçilər ölkə prezidenti Robert Muqabenin istefa verəcəyi halda hakimiyyəti ələ almaq üçün keçid hökumətinin yaradılması barədə danışıqlar aparır. Bu barədə cümə axşamı amerikanın CNN telekanalı ölkənin aparıcı müxalifət partiyası olan "Demokratik Dəyişikliklər uğrunda Hərəkat"ın rəhbərlərindən birinə istinadən məlumat verib.

 

"Hakimiyyətin ötürülməsi (prosesi-red.) gedir və onu (ötürülməni-red.) regional dövlətlər sükutla dəstəkləyirlər. Keçid hökumətinin formalaşdırılması və keçid hökumətinin tərkibinə müxalifətin daxil olmalı olması barədə fəal danışıqlar keçirilir. Deyəsən, bu artıq həll edilmiş məsələdir", - deyə mənbə bildirib.

 

Zimbabvenin paytaxtı Harareyə çərşənbə günü axşam "Demokratik Dəyişikliklər uğrunda Hərəkat" partiyasının başçısı, müxalifət lideri  Morqan Tsvanqirai də qayıdıb.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system