Müxalifət Moskvada hakimiyyətə şərik oldu – Dumada yerlərin yarısına sahib çıxıblar

Oxundu: 295
Müxalifət Moskvada hakimiyyətə şərik oldu – Dumada yerlərin yarısına sahib çıxıblar

Rusiyada son ayların ən çox müzakirəyə və marağa səbəb olan hadisəsi – Moskva Dumasına keçirilən seçkilər nəhayət ki, baş tutdu.

İslaminSesi - “AzPolitika.info” Rusiya mətbuatına istinadla xəbər verir ki, seçkinin nəticələrinə görə, 20 müxalifətçi namizəd parlamentə düşə bilib. Nəzərə alsaq ki, ümimilikdə paytaxt Dumasında cəmi 45 deputat yeri var, deməli müxalif deputalar buradakı yerlərin az qala yarısına sahib çıxıblar.


Artıq bir neçə aydır ki, Rusiya paytaxtında ardıcıl olaraq istər icazəli istərsə də icazəsiz kütləvi aksiyalar keçirilirdi. Həmin aksiyaların əsas tələbi müxalifətin seçkiyə buraxılmayan namizədlərinin haqlarının bərpası və demokratik seçki keçirilməsi idi.


Nümayişlər zamanı polis tərəfindən etirazçılara qarşı zorakılıq tətbiq edilmiş, çoxlu sayda müxalifətçi həbs olunaraq zindanlara atılmışdı. Ancaq aksiyaların təşkilatçıları birinci məqsədlərinə çatmasalar da, ikinci hədəfə, yəni seçkinin şəffaflığına qismən də olsa çata biliblər. Belə ki, seçicilərin cəmi 21.7 faizinin iştirak etdiyi səsvermənin nəticələrinə görə, uzun illərdən sonra Qriqori Yavlinskinin “Yabloko” Partiyasının 4, Kommunist partiyasının 13, “Ədalətli Rusiya” Partiyasının isə 3 təmsilçisi qələbə qazanaraq, mandat sahibi olublar.


Təhlilçilər bu nəticələri əsas etibarilə müxalif lider Aleksey Navalskinin qələbəsi kimi qiymətləndirirlər. Çünki Navalski əsas məqsədinə, yəni Rusiyada siyasi həyatı qismən də olsa canlandırmağa və etirazlara başçılıq etməyə nail oldu. Həmçinin, Moskva Duması artıq həmişəki kimi yalnız təsərrüfat işlərini müzakirə edərək, icra hakimiyyətinin istəklərinə imza atan qurum ola bilməyəcək.


Təhlilçilər bildiirirlər ki, yeni Dumada qızığın siyasi müzakirələrin aparılması ehtimalı kifayət qədər yüksəkdir. Artıq bunun ilk əlamətləri də müşahidə olunmaqdadır. Belə ki, bir çox yeni müxalif deputatlar artıq ilk iclaslarda aksiyalar zamanı həbs olunan müxalifətçilər başda olmaqla, siyasi məhbusların azad edilməsi tələbini qoyacaqlarını bildiriblər.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system