NAMAZ VAXTLARI:
  • FƏCR 05:26
  • GÜN 06:47
  • ZÖHR 12:49
  • ŞAM 19:08
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:islaminsesi2015@gmail.com +994 70 4240255
HAVA PROQNOZU:

Müsəlmanların qatili Kvebekdə ömürlük həbs olundu

Oxundu: 176
Müsəlmanların qatili Kvebekdə ömürlük həbs olundu

Kvebek məscidində altı müsəlmanı güllələyən 29 yaşlı Aleksandr Bissonnett ömürlük həbs cəzasına məhkum olub.

 

İslaminSesi-nin BBC-yə istinadən verdiyi xəbərə görə, bu haqda Al Arabia məlumat verir.

 

Həyatının çox hissəsini o, həbsdə keçirəcək. Yalnız 40 il sonra şərti olaraq vaxtından əvvəl azad olunmaq hüququ ala bilər.

 

İttihama əsasən, qatil 150 il azadlıqdan məhrum edilməli idi və bu, Kanada tarixində ən sərt hökm olacaqdı. Lakin hakim ömürlük həbsin kifayət etdiyini bildirib və ona şifahi olaraq azadlığa çıxmaq imkanı yaradıb.

 

Xatırladaq, ki, yanvarın 29-da Kanadanın ən böyük şəhərlərindən birinin məscidində atəş açılıb, məsciddə olan 40 nəfərdən altısı öldürülüb, beşi yaralanıb.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system