NAMAZ VAXTLARI:
  • FƏCR 03:24
  • GÜN 05:12
  • ZÖHR 12:43
  • ŞAM 20:35
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Müsəlmanları təhqir edən senator “cəzasını aldı” - başında yumurta sındırdılar /VİDEO/

Oxundu: 1428
Müsəlmanları təhqir edən senator “cəzasını aldı” -  başında yumurta sındırdılar /VİDEO/

Avstraliyada Qvinslend ştatının senatoru Freyzer Enninq Yeni Zelandiya terror aktı ilə bağlı qalmaqallı bəyanatından sonra “yumurta hücumu”na məruz qalıb.

"İslaminSesi.info" xəbər verir ki, bu haqda ABC məlumat yayıb.  

 

Kadrlarda 17 yaşlı yeniyetmənin xəlvətcə yaxınlaşaraq yumurtanı F.Enninqin başına çırpdığını görmək olur. Yeniyetmə həmin anı digər əlində tutduğu mobil telefonu ilə çəkib. Senator buna çevik reaksiya verib və yeniyetməyə şapalaq vurub.

 

Yeniyetməni sonradan yaxalayıb, ərazidən kənarlaşdırıblar.

 

Bundan əvvəl senator Yeni Zelandiyadakı terror aktına ölkənin immiqrasiya proqramının səbəb olduğunu bildirmişdi.

 

Xatırladaq ki, martın 15-də Yeni Zelandiyanın Kraystçörç şəhərində iki məsciddə terror aktı törədilib. Terrorçular avtomat silahlarla namaza toplaşmış müsəlmanlara atəş açıb. Hadisə nəticəsində 49 nəfər həlak olub, onlarla insan yaralanıb.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system