DÜNYA

Oxundu: 47
Müsəlman və ərəb dünyası qaynamağa başlayıb – Etiraz aksiyaları baş qaldırıb

Müsəlman və ərəb dünyası qaynamağa başlayıb – Etiraz aksiyaları baş qaldırıb

Bu gün bütün Fələstin ərazilərində işlər dayanıb. Trampın Qüdslə bağlı qərarına görə Fələstin şəhərlədinə və eləcə də Qüdsdə etiraz aksiyaları keçirilir. Bir sıra ərəb ölkələrində ABŞ səfirlikləri qarşısında etiraz aksiyaları keçirilir.

İslaminSesi.info əl-Məyadin-ə istinadla xəbər verir ki, Trampın Qüdslə bağlı birtərəfli qərarından sonra ABŞ hökuməti bütün Yaxın Şərq ölkələrindəki səfirliklərinin təhlükəsizlik tədbirlərini artırıb.

 

Bu arada İordaniyada ABŞ səfirliyi qarşısında izdihamlı etiraz aksiyası keçirilib.

 

Fələstinin müxtəlif şəhərlərində keçirilən etiraz aksiyalarında ABŞ bayraqları yandırılıb. Fələstinin Beyt-Hanun şəhərində ABŞ-la yanaşı onun bölgə müttəfiqi Səudiyyənin bayrağı da yandırılıb.

 

Trampın qərarına bütün ərəb ölkələri, əksər İslam dövlətlərindən və yerli təşkilatlarından etirazlar gəlməkdədir.

 

HƏMAS bu qərardan sonra bölgədə ABŞ mənafelərinin üzünə cəhənnəm qapılarının açılacağını deyib.

 

İran XİN də öz növbəsində bildirib ki bu qərardan sonra bölgədə baş qaldıracaq hər hansı bir zorakı addıma görə elə ABŞ və Sionist rejimin özü məsuliyyət daşıyacaq. 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system