NAMAZ VAXTLARI:
  • FƏCR 06:06
  • GÜN 07:30
  • ZÖHR 12:26
  • ŞAM 17:39
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

“Müsəlman Alimləri Birliyi” İsraillə əlaqələrin kəsilməsini və həbs edilən alimlərin azadlığını tələb etdilər

Oxundu: 176
“Müsəlman Alimləri Birliyi” İsraillə əlaqələrin kəsilməsini və həbs edilən alimlərin azadlığını tələb etdilər

“Dünya Müsəlman Alimləri Birliyi” İstanbulda beşinci toplantısını keçirib.

“İslaminSesi” Anadolu Agentliyinə isitinadla xəbər verir ki, “Dünya Müsəlman Alimləri Birliyi” İstanbulda keçirdiyi beşinci toplantısında birliyin sabiq rəhbər Yüsif əl-Qərdavinin səlahiyyət müddətinin bitdiyini onun yerinə mərakeşli Əhməd ər-Risuninin rəhbər seçildiyini bəyan edib.

 

Həmçinin bu toplantıda qərar verilib ki, Mühyiddin Qaradaği birliyin baş katibi seçilsin.

 

Birliyin bu toplantısının yekun bəyanatında Səudiyyə Ərəbistanı, BƏƏ və Misirdə həbs edilən din alimlərinin azad edilməsi tələb edilib.

 

Yekun bəyanatda həmçinin İsraillə əlaqələrin normallaşdırılması rədd edilib və müsəlman dövlətləri və xalqları arasında ixtilafların kənara qoyulması tələb kimi irəli sürülüb.

 

Qeyd edək ki, “Dünya Müsəlman Alimləri Birliyi” 2004-cü ildə təsis edilib. İstanbulda keçirilən beşinci toplantıda 80 dövlətdən 1500 din alimi qatılıb. Sözügedən toplantı birliyin tarixində ən böyük toplantı hesab edilir.

/SalamNews/

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system